Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

331 syf.
7/10 puan verdi
·
9 günde okudu
Spoiler Alert
Bu kitabı bitirdikdən sonra kitab barədə əsaslı bir “review” yazmağı özümə borc bildim) Kitabın adından da bəlli olduğu kimi, əsas konflikt qaynağı korluq adlı keçici bir xəstəliyin olması və insanların bu xəstəlikdən həyatlarının qalanını bir məhkum kimi keçirməli olduqlarıdır. Korluq keçicidir deyirəm, çünki ilk paraqrafın ilk cümləsindən hadisələr və hadisələrdəki obrazlar bir biri ilə zəncirləmə olaraq bağlıdır. İlk kor olan insan qrupu kitabın başından sonuna qədər hadisələrin əsas mərkəzində yerləşir. Ruhən insanı yoran səhnələr çoxluq təşkil edir. Bu kitab film olaraq da çəkilib və bildiyim qədər, həmin ağır səhnələr necə var elə də çəkilmişdir. Hər insan psixologiyasının qəbul edəcəyi bir səhnələr deyildi deyə bilərəm. Əlavə olaraq, əsas obrazların analizini etmək isdəyərdim. Başrol qadın kitabın son hissəsinə qədər kor olmur ancaq bunu qaldığı yerdəki korlardan gizlədir. Bircə öz həyat yoldaşı bilir hər şeyi. Mənim anlamadığım hissə odur ki, qadın gördüyü halda orda onlara güc tətbiq ediləndə ya da təcavüz ediləndə, yeməkləri verilməyəndə niyə səsini çıxarmır. Halbuki, bir epizodda ona güc göstərən koru öldürür. Digər tərəfdən yoldaşı onu kor bir qızla aldadır amma heç nə olmamış kimi reaksiya verir. Empatiya qura bilməyəcəyim mövzulardan biri olduğu üçün bəlkə belə düşünürəm, ancaq başrol qadının davranışları yorurdu məni. Qalan digər obrazlar korluğun insanı hər mənada necə zəifləşdirdiyini göstərir. Kişilər öz yoldaşlarını öz əlləriylə yad kişilərə göndərirlər sırf yemək yeyə bilmək üçün. Korluq onları gözümdə bərabərləşdirirdi çünki düşüncələri, və əməlləri bir birlərinin kopyası idi. Tək məqsədləri həyatda qalmaq idi onu da bacaran sona qədər bacarır, ancaq xoş yollarla yox. Sonda əsər bəyəndim ya yox deyə düşünsəm, yazıçının çatdırmaq isdədiyi fikirləri anlamağa çalışdım, amma bir çox səhnə mənim fikir və düşüncələrimə, ideyalarıma tərs düşürdü. Mən başqa cür edərdim deyirdim hər səhnədə. Amma bir kitabdan özümüzə aid nəsə tapmamış olsaq belə, deməli yeni bir şeylər öyrənirik deyədi bu.
Körlük
KörlükJosé Saramago · Kırmızı Kedi · 2022104,3bin okunma
·
251 görüntüleme
m.fahradova okurunun profil resmi
sonuncu cümlən 👌🏻😍
Kurt vonnequt okurunun profil resmi
Yarımçıq buraxmışdım bu kitabı
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.