Sevginin yaşatdığı acı belə şirin olurmuş.İnsan övladı sevgiyə hər zaman möhtacdır. Dünya durduqca insanlar sevgidən doymaz, usanmazmış. Qədərindən asılı olmayaraq,bəs etməyən,ruhumuzu bəsləyən bu hissi nə qədər idarə etməyə çalışsaq da,sonda bizim sevginin əsiri olduğumuzun fərqinə varırıq.