Yazdıqlarınızın çoxu ilə razılaşa bilmədim. Qaraqan qətiyyən heç bir kitabında qadınları, nə də kişiləri alçatmayıb. O hətta belə deyirdi "Qadınlar və kişilər bərabər deyil, onlar bir-birindən üstündürlər. Kitabda rastlaşdığınız bu 1-2 cümləyə əsaslanaraq "dar düşüncəlidir" qənaətinə gəlməniz, məncə heç də düzgün deyil. Kitabı və yazarını bəyənməyə bilərsiniz, fəqət bu belə bu cür şablon ifadələrlə onu küçümsəmənizə əsas gətirmir. Bunu oxudum ətim töküldü, onu oxudum belə oldu. Kitabı belə analiz edirlər? Gələk, "ilk görüşdə eşq" söhbətinə. Açığı, heç vaxt nə Mələyi, nə də A'nı oxuyanda oradakı sevgiyə fokuslanmamışam. Nə də Qaraqan orada bizə eşq hekayəsi yazmayıb.Yəni önəmli olmayıb bu. Deyəsən, əsl oxuyub dərk etməli olduğunuz yerlərdən keçib bu cür lazım olmayan məqamlardan yapışmısınız. Dünya şöhrətli yazarların da kitablarında ilk baxışda eşq yaşayanları az deyil. Bu o demək deyil ki, kitabın mövzusu elə həmin eşq üzərində qurulub. A'nı oxuyub da, bu cür qənaətlərə gələni ilk dəfədir görürəm. Yenə deyirəm, kitaba lap nifrət də edə bilərsiniz, amma bu sizin onu bu cür ictimailəşdirib, əsassız tənqid edə biləcəyəniz demək deyil.