Hisslərimiz hansı səhifədə gizlidir, bunu yalnız oxuduğumuz kitab bilir.
Puan vermedi·104 syf.··
Beğendi
·
2023 28. kitabı
·
4 günde okudu
·
Okunma: 29 Haziran 2023 16:23
Salam, 1K kitabsevərləri! Xırdaca boyuna baxmayaraq, dərin duyğuları səhifələri arasına sığışdıran bur kitab oxudum. Aqil Abbas yaradıcılığından oxuduğum ilk kitabdır. Təbii ki, yenə də "Anamın kitabları" silsiləsindən olan kitablardan biridir. Kitabda 3 əsər var. İlki "Evləri köndələn yar" povestidir. Billur kimi səsi olan bir gəncin nakam məhəbbətindən və səsinin məlahətinə heyran qalan kəndlilərin, onunla münasibətindən bəhs olunur. Eyni zamanda yazıçı əsərində kənd həyatını, müharibənin hər ailədə olduğu kimi ondan da yan keçməyərək valideyindən məhrum qoyub nənə himayəsində qoyduğu gəncin nənəsi ilə münasibətlərini də ələ alır. Bəzi sətirlərdə göz yaşlarıma hakim ola bilmədim. Bəlkə də nənə himayəsində böyümüş, nənəsindən məhrum olmuş biri olaraq hislərimin ən incə telinə toxunduğu üçündür. İkinci əsər "Nazimin 'İnturist' səfəri" hekayəsidir. Bu qısa hekayədə yazıçı Sovet dövründə kənddən şəhərə gələn və şəhər həyatıyla ayaqlaşmağa çalışan tələbənin başına gələn əhvalatı qələmə alır. Üçüncü əsər isə "Uzun qapqara saçlar" hekayəsidir. Bu hekayəni yazıçı qardaşı Kamilin xatirəsinə ithaf edib. Hekayə bir neçə səhifəsinə bir ömrün ölüm pərdəsini yer edə bilib. Kövrəlməmək əldə deyil.. Nəzərinizə çatdırım ki, Milli teatrımızın incilərindən olan "Evləri köndələn yar" tamaşasının bu əsərlər yaxından uzaqdan əlaqəsi yoxdur. Kitabın adını ilk oxuduğumda ilk ağlıma gələn o tamaşa oldu. Lakin elə ilk səhifələrdən yanıldığımı anladım. Buna baxmayaraq, yaxşı ki, oxudum. Xoş mütaliələriniz olsun..
Evləri Köndələn Yar...Aqil Abbas · Bakı, Yazıçı Nəşriyyatı · 19833 okunma
·
229 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Hər incələməniz kimi mükəmməl.🌹
Kitabsever
Gönderi Sahibi
Çoox təşəkkür edirəm🥹💙