10/10
·540 syf.··
2023 23. kitabı
İlk dəfə Teodor Drayzerin qələmiylə Kerri bacı vasitəsi ilə tanış olmuşam.Heyran oldum,qərara gəldim ki,onun bütün əsərlərini oxuyacam Gələk,Kerri bacıya.Açığı əsəri oxuyanda hədsiz əsəb keçirtdimBir qız bu qədərmi ağılsız,səriştəsiz,məqsədsiz olar? Bəlkə bu əsəri uşaq vaxtlarımda oxusaydım,Kerriyə haqq verəcəkdim ki,o,sadəcə yaxşı həyat istəyir.Burda pis nə var ki? Əlbəttə,əslində bunda pis bir şey yoxdu.Amma Kerri o yaxşı həyatın ardınca getdiyi yolda o qədər ciddi səhvlərə yol verdi ki.Adətən,insan gərək etdiyi səhvdən nəticə çıxartsın və birdə onu təkrarlamasın.Yəni yaxşı həyat axtarışına çıxanda gərək ləyaqətini unutmayasan,qürurunu ayaqlar altına atmayasan,insanlara zahiri görünüşlərinə görə qiymət verməyəsən.Kerri isə elə hey həyatını belə səhvlərin üstündə qurmağa çalışdığı üçün heç cür axtardığı xoşbəxtliyi tapa bilmədi.Əsərdə ki,digər iki kişi obraz-Drue və Herstvuda gəlincə isə,mənə görə Drue Kerriyə qarşı daha səmimi idi,Kerrinin onu buraxıb öz nəfsinə mübtəla olmuş Herstvuda məftun olması da onun buraxdığı ciddi səhvlərdəndir.Əsərin sonlarına doğru Kerri axtardığı şan-şöhrətə,pula nail olmuşdu.Amma o,yenə də xoşbəxt deyildi,niyə? Çünki Kerri dərk etmirdi,əsas maddi zənginliyin deyil ,mənəvi zəngliyin vacibliyini. Drayzerdə bəyəndiyim ən gözəl cəhət bu oldu ki,o,eyni zamanda əsərdə Amerika cəmiyyətindəki çatışmazlıqları,nöqsanları açıq-aşkar oxucusuna təqdim etməkdən çəkinmir.Rahat üslubuna,qələminin axıcılığına isə söz ola bilməz.Ceyn Eyrdən sonra Kerri bacını oxuyanda 2 obraz arasındakı təzadlar məni olduqca düşündürdü.Ceyn nə qədər məşəqqət çəksə də,heç vaxt həyatını səhvlər üzərində quracağını ağlına gətirmirdi.Kerri isə tamam fərqlidir.Ona görə həyatda bizə Ceyn məğrurluğu gərəkdir,Kerri ağılsızlığı deyil
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014760 okunma
·
85 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.