Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

328 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Romanda əsrin iki başlıca qüvvəsi qarşı qarşıya qoyulmuşdur. Bir tərəfdə hürufiliyi, digər tərəfdə isə Səmərqənd amirliyinin qəsbkarlığını görürük. Məhşər romanında görürük ki, İsa Hüseynov sakit, soyuqqanlı yaza bilməmişdir, beləliklə deyə bilərik ki, passiv müşahidəçi pozası yazıçının qələmi ilə uyuşmur. Yazıçı öz qənaitini təkidlə oxucuya çatdırmağa çalışır, rəğbətini, nifrətini gizlətmir. Buna görə də əsərdə durğun təsvirlər nəzərə çarpmır. Məhşərdə müəllifin nitqi aparıcı yer tutur. Akif Hüseynli bu romanı "roman-tədqiqat" adlandırmaq olacağını qeyd edir, çünki müəllif özü qəhrəmanla birliktə düşünür, dövrü təhlil edir, müxtəlif mənbələrdən məlumatlar tutuşdurur. Həmçinin, Akif Hüseynliyə görə deyə bilərik ki, əsərdə sənətkar təxəyyülü ilə tarixçi təfəkkürü toqquşur. Digər tarixi əsərlərdən fərq bundadır ki, bədii tarixi araşdırmalar burada əyani ifadəsini tapmışdır. Akif Hüseynli qeyd edirki tarixi romanda digər əsərlərindən fərqli olaraq bədii təfəkkür mətnin üzərinə çıxarılmışdır. Romanın əsas qayəsi hürufilik təlimini, hərəkatını ucaltmaqdı. Tənqidçi əsərdə fikri qavrayış hissinin qavrayışı üstələdiyi, məntiqi əsaslanmanın lirik boyalara əsaslanmanı kölgədə qoyduğunu qeyd edir. Rasional dramatizm emosional gərginlikdən qüvvətli çıxmışdır. Xülasə, yazıçı canlılığa, ifadəliliyə az nail olmuşdur. Əsərdə sürətlərin etiqadlarının şərhinə,ictimai qayğılara az yer ayrılmışdır. Tənqidçi bunu bilərəkdən edildiyini, əsas diqqəti mətləbə cəmləmək istənilmişdir.
Məhşər
Məhşərİsa Muğanna · Hədəf Nəşrləri · 201360 okunma
·
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.