Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

436 syf.
10/10 puan verdi
·
Beğendi
1984
1984 totalitar bir cəmiyyətin və onun hökmumətinin təsvir edildiyi distopik janırda yazılmış bir əsərdir. Kitabda 3 fövqəldövlət, 3 fərqli totalitar rejmin hakim olduğu yer mövcuddur: Okeaniya, Avrasiya, istasiya. Romanda hadisələr Okeaniyada cərəyan edir. Bu fövqəldövlətlər də hər birinin öz prinsipləri vardı, hansı ki mövcud prinsiplərin təhrif edilmiş halları idi. Məsələn Okeaniyanın əsas prinsipi ingsos - ingilis sosializiminin qısaltması idi. sosializmin təhrifə uğramış bu formasına görə dövlət insanların həyatının hər aspektinə söz sahibi idi və idarə edə bilərdi. Teleekranlar bunun üçün əsas vasitə idi. Əsər totalitarizm əleyhinə yazılmış bir kitab olduğundan uzun bir vaxt SSR-də qadağan edilmişdi. Kitabı müəyyən bir dövr sadəcə "ali" təbəqə, kitabda qeyd olunan şəkildə desək, "Daxili Partiya" üzrvləri oxuya bilirdi sadəcə. Bunun da məqsədi onların bu haqda məlumatlı olmaqlarını tənzimləmək idi. Kitab heç sıxılmadan oxunulacaq tərzdə bir kitabdır. Kitabda, diqqətimi çəkən bir neçə maraqlı məqam var idi. Yenidil və fikir cinayəti: Winstonun Saym adlı iş yoldaşlarından biri yenidil lüğəti üzərində işləyən şəxslərdən idi. Saym Yenidil haqqında danışarkən qeyd edirdi ki, sözlərin belə təcrid edilməsinin səbəbi insanların fikirlərini ifadə edəcək söz tapa bilməməkləridir, beləliklə, fikir cinayəti də törədə bilməyəcəklər. Əgər bir insan totalitar sözünü bilməsə, onda içində olduğu vəziyyəti ifadə edəcək söz tapmayacaq, və beləliklə, sistemə tabe olub gedəcəklər. peşmanlıq və əzab, ölüm yox tərbiyə : Winston ona niyə əzab verildiyini, Partiyanın niyə gücünü boşa xərclədiyini anlamırdı, çünki onun əsl fikirlərini dəyişə bilməyəcəkdilər. O əslində hər zaman beyninin bir küncündə o nifrəti, unutmalı olduğu xatirələri saxlayırdı. Partiya niyə onu öldürmürdü də enerjisini boşa xərcləyirdi? Məqsəd onnn ruhunu qırmaq, Winstonun inandığı insan ruhunu qırmaq, onu tərbiyə etmək, yeni birini yaratmaq idi. Winston O'Brein-ə onların uğursuz olacağını çünki insan ruhuna inandığını demişdi. Ancaq onlar Winstonun, əgər insan varsa, son insanın ruhunu qırdılar. Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu deyə bilmək haqqıdır. Winston kitabın sonunda tozlu masanın üstünə "2+2=5" yazır. Daha sonra gözlərindən iki damla yaş düşür, və o artıq böyük qardaşı sevir. Burda ağlıma gələn ilk şey Cons, Aronson, Rezerford oldu, hansı ki, Winston şabalıd kölgəsində adlı kafedə edamlarından əvvəl sonuncu dəfə onları görürdü. Və teleekranda aşağıdakı misralar oxunurdu, ardından isə Rezefordun gözündən bir damla yaş axır. Şabalıd kölgəsində sən məni ələ verdin, mən səni ələ verdim. Şabalıd kölgəsində bi yanda sənin qəbrin bir yanda mənim qəbrim. O'Brien de dediyi kimi Winston bunların hamısının olacağını bilirdi, ta ən başdan... Qeyd: Azərbaycan dilinə çox yaxşı tərcümə edilib. Hətta deyərdim türk dilinə tərcümə edən ən yaxşı yayım evi olan "iş Bankası" tərcüməsindən daha yaxşdıır
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019165,6bin okunma
·
1 artı 1'leme
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.