Gönderi

255 syf.
8/10 puan verdi
·
33 günde okudu
Ah Loren..
Yumor və kədəri birlikdə çox gözəl sintez edən, Marc Levy! Sadə dillə yazılmış, oxunaqlı bir roman.. Bundan əlavə kitab fantastik dildə yazıldığı üçün ilk başlarda "görəsən, mənim zövqümcə olacaq mı?" sualları ilə oxudum. Amma oxuduqca kitabın sehrinə bürünürsünüz, bəzən tamamı ilə reallıqdan uzaqda qalırsınız, beləliklə bir anda 20-30 səhifə oxuduğunuzu görürsünüz. Kitabda ən çox təsir edən Lili, Arturun anasının oğluna olan məktubları oldu. İnsanın ruhuna toxunan yerləri oxuduqca gözlərimin dolması qaçınılmaz hal alırdı. Pol isə mənim ən çox güldüyüm obrazlardan biri idi. Onun sayəsində qəh-qəhə ilə güldüyüm anlar belə oldu (; Qısacası, kitaba tərəddütlə başlasam da, bitdiyinə çox üzüldüm, hətta fərqinə belə varmadım. Məğzi isə, bizə verilən şansların, hər saniyəmizin qədrini bilməyə, doğru qiymətləndirməyə təşvik edirdi. Gün ərzində hər birimizə verilən 86 400 saniyəlik krediti unutmayacağınıza inanıram... (:
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0737 okunma
·
101 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.