Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

120 syf.
·
Puan vermedi
”Daha öncə Martin İden, Vahşetin Çağrısı kitablarını oxuduğumda Cek Londanun yazı tərzini çox bəyənmişdim. İçində 4 qısa hekayəni birləşdirən əsərdə son ana qədər ölümün insan tərəfindən qəbul edilmədiyini, yaşamaq hissinin hər şeydəm üstün gəldiyini göstərir. Sözün əsil mənasında oxumağa dəyər hekayələrdir.” ” İlkindi çağı yolçu orda-burda sür-sümüyə rast gəldi. Canavarların haqlayıb parçaladıqları bu maral balası, yəqin ki, bir saat əvvəl hoppana-hoppana oynayırmış, o ayaq saxlayıb tərtəmiz gəmirilmiş, çəhrayı rəngə çalan sür-sümüyə baxdı. Bu çəhrayı rəng, sümüklərin hüceyrələrində həyatın sönməyib, hələ də davam etdiyini göstərirdi. Ola bilər ki, gün hələ başa çatmamış yolçunun özünün də bu cür sür-sümüyü qalacaqdı. Budur həyat? İztirab, əzab və işgəncələrlə dolu ötəri həyat! İnsan bütün əzablara dözməyə vadar edən həyat. Ölüm insana əzab vermir. Ölmək röyaya dalmaqdır. Ölüm insana əzab vermir. Ölüm rahatlıq deməkdir. Madam ki, belədir, bəs o niyə ölmək istəmir? “ Cek London- Həyat Eşqi
Həyat Eşqi
Həyat EşqiJack London · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 20201,393 okunma
·
67 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.