Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
9/10 puan verdi
·
7 günde okudu
Belə bir sual vermək istəyirəm. Özünün fədakar, mərhəmətli, yardımsevər, comərd, əxlaqlı...olduğunu düşünən var? Bir daha düşünmenizi xahiş edirəm. Mən şəxsən öz adıma deyim ki, bu kitab mənə ətrafımda olan hər bir insan haqqında və eləcə də ən çox özüm haqqında çox düşündürdü. Demək olar ki, kitabın hər bir cümləsini oxuyarkən ətrafımda olan insanlar və özüm haqqında çox dərin düşüncələrə daldım və sorğuladım. Bu kitabda sorğulamağı öyrəndim. Mark Tven uzun illər cəmiyyətin reaksiyasından qorxaraq bu əsəri qələmə almır. Amma nəticə etibarilə öz hökmdarına qarşı gələ bilməyərək əsəri dərc etdirir. Bu kitab bizə fərqli pəncərələr açır, tamamilə başqa baxış mövqelərindən baxmağı vəəd edir. Sözün əsl mənasında "siz hər şeyi yanlış bilirsiniz" deyə qışqırır.Yazar "İnsan nedir?" Sualı ilə fərqində olmadığımız şıltaqlıqlarımızı gün üzünə çıxarır və nə üçün bir maşından artıq olmadığımızı açıqlayır Mən kitabı məni çox ağır düşüncələrə salmağına baxmayaraq çox bəyəndim və düşünürəm ki, hər kəs özünü tanımaq üçün bu kitabı oxumalıdır. "Hesab edirəm ki, insan- çoxlu sayda mexanizmdən ibarət maşındır və onun zehni və mənəvi hissəsi fitri temperamentdən, çoxsaylı xarici təsir və tərbiyənin toplusundan təşkil olunmuş daxili ağanın arzusuna müvafiq olaraq avtomatik işləyir; bu maşının yeganə vəzifəsi öz ağasının mənəvi rahatlığını qoruyub saxlamaqdır, onun istəkləri yaxşı, yaxud pis olsa belə; bu maşının iradəsi mütləqdir və ona itaət etməlidir, itaət etməyə bilməz."
İnsan Nədir
İnsan NədirMark Twain · Qanun Nəşriyyatı · 202315,1bin okunma
·
150 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.