Gönderi

376 syf.
6/10 puan verdi
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Bu kitabın adını uzun zamandır eşidirdim və indi oxumaq nəsib oldu. Bəlkə də ötən yaş dövrlərimdə oxusa idim, mənə çox oxucuda buraxdığı təsiri buraxmış olardı.Amma tam tamına sevəcəyim bir kitab olmadı.Açığı desək, kitabın bəyəndiyim və bəyənmədiyim yanları var idi. Bəyənmədiyim yanı bu kitab mənə yeni bir şey qatmadı. İdeyalar bizim ailələrin bizə ötürdüyü öyrətdiyi məsləhətlərlə üst-üstə düşürdü. Sanki kitabı oxuyanda ailəmin dediyi sözlərlə qarşılaşırdım. Eyni zamanda, kitabın orta hissəsində dinlə bağlı fikir ardıcıllığı o qədər çoxdur ki, bəzi oxucularda məhz bu hissələrdə kitabı yarımçıq qoyublar. Bəyəndiyim tərəfi isə, yazıçı pozitiv düşüncəyə sahib olmaq, ailə bağlarını qorumaq, Allahdan ümidi kəsilməmək kimi vacib məqamlara toxunur. Süjet xəttinin sonlarında hadisələr elə cərəyan edir ki, həyatdan ümidini kəsmiş oxucunun belə gözləri açılır. Düzdür,kitab yazmaq hər insanın işi deyil, amma fikrimcə, bu biraz daha inkişaf etdirilməlidir ki, kitab oxucunu təəccübləndirsin.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,723 okunma
·
89 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.