Gönderi

340 syf.
·
Not rated
·
Read in 177 days
Kitabı ilk görəndə sadəcə bir hərfi artıq görməm ilə diqqətimi çəkmişdi)) Amma sonradan onun Narsist anlayışı deyil Narsis adlı oğlandan bəhs etdiyini gördüm )) Kitab monastrda oxuyan iki gənc oğlanın bir- birindən fərqli, amma sonda eyni yola ,eyni məqsədə -müdriklik zirvəsinə müxtəlif yollar ilə getməsindən bəhs edir.Bu yolu daha sakit, daha rəvan addımlar ilə irəliləyən Narsis , ona nisbətdə daha nizamsız, nə istədiyini bilməyən , yaradıcı xislətli Qoldmund.. Kitabda Qoldmund xarakteri düzünü desəm çox əsəbləşdirdi məni.Nə istədiyini bilməyən, bir yerdə doğru dürüst qala bilməyən , onu sevənlərə ümid verib yarıda qoyan bir xarakter..Amma sonradan düşündüm ki biz insanlar da zamanla , olgunlaşmağa doğru getdiyimiz yolda o qədər yanlış davranış , o qədər yanlış seçimlər edirik ki.. və sonunda doğrunu, düzü tapırıq.Bizi olgun eden , bizi daha müdrik edən məncə ele zamanla etdiyimiz səhvlər və ən əsası səhvlərdən çıxartdığımız dərslərdi.Qoldmun da eynən belə səhvlər edə - edə daha da müdrikləşir . Əsəri oxuyarkən həm üzülüb, həm də iki dostun necə qüvvətli bağ ilə bir-birlərinə davranışlarını, aralarındakı o təmiz ,saf sevgi hisslərini görmək olur:)
Narsis və Qoldmund
Narsis və QoldmundHermann Hesse · Qanun Nəşriyyatı · 01,376 okunma
·
113 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.