Gönderi

10/10
·360 syf.··
2023 8. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Temmuz 2023 00:00
Tək kəlmə ilə - möhtəşəm! Son dəfə bir kitabı gözyaşlarıyla bitirdiyim aylar əvvəl "Kürk mantolu Madonna" əsərini bitirdiyim zaman olmuşdu. İndi isə bu roman məni gözlədiyimdən daha çox təsirləndirdi... Kitabda tarixlə müasir dövrdə baş verən hadisələrin ustalıqla yazılmasını, Claire'in mükəmməl araşdırmacılığını tarixi və tarixdə baş verən sirli hadisələri öyrənməyi sevdiyim üçün çox bəyəndim. Dərin, əbədi və əsl sevginin də əks olunması bu romanı mənim üçün daha da möhtəşəm etdi. Charles və Vera, Ethan və Claire'in bir-birinə olan sevgisinin əks olunduğu səhifələri üzündə böyük bir gülümsəmə olmadan oxumaq imkansızdır. Əsas diqqət çəkən mövzu isə mənə görə dünyanın ədalətsizliyi və insanların düşüncəsizliyi üzündən paramparça olmuş həyatlardır. Cəmiyyətdəki bərabərsizliyin insanlarını həyatını çətinləşdirdiyinin və hətta məhv etdiyinin çox açıq bir şəkildə öz əksini tapdığı əsərlərdən biridir. Bir hissədə Claire'in də dediyi kimi: "Bu dünyanın neyi vardı böyle? Kensington gibi bir soyadının sizi özel biri yapıyorken, Ray gibi bir soyadının sizi önemsiz, unutulabilir kıldığı bir dünya mıydı bu?"
Böğürtlen KışıSarah Jio · Arkadya Yayınları · 201144,8bin okunma
·
61 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.