Gönderi

264 syf.
7/10 puan verdi
·
Liked
Hər şey Hanna haqqında çıxan şaiyə ilə başladı və bununla əlaqəli hadisələr onu sona çatdırdı. Sadəcə şaiyə... Oxuyarkən Hannanı çox bəyənən, lakin haqqında yayılan söz-söhbətlərə görə ondan ehtiyat edən Kleyin fikirlərini də oxuyuruq. Kley Hannanın həyatına təsir edən 9-cu şəxs idi. Kley özündən əvvəlki 8 nəfərin kasetlərini dinləyərkən biz də Kley kimi onun Hannaya nə etdiyini düşünürük. Növbə Kleyə çatanda təəccübləndim. Məncə, müəllif orada yaxşı manevr edib və oxucunu təəccübləndirib. Təəssüfləndiyim tək şey odur ki, Kleydən başqa adamların kaseti dinlədikdən sonra nə düşündüklərinə təəssüf ki, rast gəlmirik. İnsanlara ikinci bir şans verməyin, yanlış insanlarla dostluq etməyin nələrə səbəb olduğunu göstərən təsir edici bir kitab idi. Kitabda ən çox sevdiyim şey bir anlıq durub düşünməyinizdir. Mən haradasa qəsdən və ya dolayı yol ilə kiminsə həyatında pis bir şeyə səbəb olmuşam? Həyatıma ən çox təsir edən insan kimdir? Həyatımda dönüş nöqtəsi nədir? və s. Amma əminəm ki, kitabın mövzusunu, yazılma tərzini mən necə bəyəndimsə eyni şəkildə bəyənməyənlər də olacaq. Mütləq oxumanlı bir kitab olduğunu düşünmürəm. Kitab haqqında hər kəsin düşüncəsi fərqli ola bilər. Amma mən kitabı bəyəndim.
13 Səbəb
13 SəbəbJay Asher · Yay Nəşriyyatı · 20183,636 okunma
·
102 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.