Gönderi

AĞLAYAR
İçimdə bir xərabə var, Dindirsən daşı ağlayar. Bir yol küçəsindən keçsə, Dərd qanmaz naşı ağlayar. Kim verdi qəlbimə yası? Mərd hansıdı, namərd hansı? Ömrümün güney səması Quzeydən yaxşı ağlayar. Bu haqsızlıq haqdan damar, Göyü, yeri, günü danar. Göz görüb heyrətdən donar. Göz üstə qaşı ağlayar. Qədim od oğlu – Azərəm, Əllərdə oynanan zərəm. Ağlamaram, mən dözərəm, Könlümün başı ağlayar.
Sayfa 73
··
453 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.