Bu incələmə kitabın məzmunu haqqında deyil.Kifayət qədər yazıldığını düşünürəm.
Bəyənib-bəyənməməyim haqqında da deyil.Oxumayan beş-üç nəfər qalmışdıq onsuz.
Sadəcə oxuduqdan sonra beynə axın edən düşüncələr haqqında təxmini təsəvvür yaradacaq bir iki şey yazmaq istədim.
Düşünməyi tam olaraq nə zaman buraxdıq?
Keçmiş dövr haqqında məlumat sahibi deyiləm amma kitab tapa bilən insanların onları oxuduqlarını bilirəm ən azından.Müasir dövrdə həyatımız artıq daha rahat, boş vaxtımız isə daha çox olduğu halda niyə daha məşğul birinə çevrilmişik?
Nə ilə qarışıb başımız? İtirdiyimiz məlumdur,bəs qarşılığında nə qazanırıq?
Bəlkə gəlib evimizi kitablarımız qarışıq yandırmırlar(çünki onların yerinə bunu biz edirik onsuz) Amma heç var etmədiyimiz kitabların yoxlugunun necə fərqinə vara bilərik ki?
Nə vaxtsa var idilər bəlkə,artıq onların yerini şəxsi inkişaf kitabları,cildli macəra və ya bol şəkilli, az hərfli fantastik kitablar,bir nəfəsdə tarix,10 addımda fəlsəfə,sənət 101 və s tutub.
Mən oxumuram mı bunları?? Oxuyuram təbii ki.Fəlsəfə 101 -i oxuyuram məsələn.Ona görə ki,kimsə hardasa mağara alleqoriyasının kimə aid olduğunu soruşsa "Platon" deyə bilim.Beləcə məni intellektual biri sanacaqlar.Ta ki kimsə yerindən qalxıb "bəs Platon bu bənzətməylə nə demək istəmişdi tam olaraq" deyə soruşsa iki cümlədən artıq deyə biləcəm mi görəsən?
Oxuduğum kitabda da iki cümlədən artıq yazılmamışdı.Dayanıb düşünməmişdim də heç...
Vaxtım az idi axı.Ediləcək işlərim var idi.Oxunacaq başqa kitablar...
Və ya bir nəfəsdə tarix məsələn.Ölkənin hansı döyüşlərdən,hansı müharibələrdən,hansı soyqırımlardan,hücumlardan,böhranlardan keçdiyini bil.Niyəsinə isə qarışma.
Harda səhv etdik?
Nə etməliyik ki eyni şeylər yenidən başımıza gəlməsin?
Bu suallar sənlik deyil.Sən cəmiyyətin danışılana sorğulamadan qulaq asmalı olan tərəfisən.danışan tərəfi yox.
Kitabda insanlığı Simurq quşuna bənzətmişdi.Amma yaxşı mənada yox:)
Biz küllərimizdən doğmağa öyrəşmişik artıq.Yenidən yenidən və yenidən.Öncəki nəsillər odun yığmaq yerinə yanmamaq üçün nə etməli olduğumuzu desəydi hərşey daha mı başqa olardı?
Estafet məndədir artıq.Amma nə daşıdığımı bilmirəm axı.Nə ötürəcəm gələcək nəslə? Nəylə toxunacam beyinlərinə? Deyir bir insan öləndə artıq var olmadığı üçün yox,etdiklərini daha edə bilməyəcəyi üçün üzülürük.Mən nə edirəm bəs?
Arxamdan ağlanılması üçün,xatırlanmaq üçün hansı səbəbləri yaradıram?
Bəlkə kitabı təzə bitirmişəm deyə bu qədər isyan içindəyəm..bəlkə 1 gün sonra fanus içində fanus yaradıb,yetmirmirmiş kimi orada yaşadığımı da unudacam.amma hələ ki xatirlayıram)
Bilirəm ki sahilə üzmək istəyirəm.
Və əgər boğulsam da ən azından Sahilə üzərkən boğulacam:)