Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Xariqüladə kitablardan
İlk səfərdir ki, bir kitab haqqında incələmə yazmaq istəyirəm. Kitabdan alıntılar edib keçmək həm daha rahat, həm də daha sadə yoldur. Nəticədə yazarın düşüncələrini ötürmüş olursan deyə. Amma söhbət bu kitabdan gedirsə düşünürəm ki, kitabın məndə buraxdığı təsir haqqında danışmaqda fayda var. Əslində kitabı əlimə alanda böyük bir gözləntim yox idi, zatən adam kitabı yazanda belə bizə bəri başdan uyarır kitabda əvvəlki fikirlərimizə zidd olacaq, xoşunuza gəlməyəcək düşüncələr çoxdu deyə. Əslində bu biraz tərs psixologiyadır, fərqindəyik yəni :d. Kitab tam olaraq gündəmdəki problemlərdən "Mən niyə Azərbaycanda doğuldum" "Eh, coğrafiya qədərdir" "Bu ölkədə heçnə etmək olmur" "Haçan özümü xoşbəxt hiss edəcəm" tipli suallar, əlbəttə, bunlar və buna bənzər suallar hər birimizin həyatında mütləq ki, bir dəfə fikirləşdiyimiz suallardandı. Bu adam klassik deyil də, o qədər mükəmməl şəkildə faktlar gətirərək məsələyə fərqli baxış bucağından yanaşır ki, oxuyanda zərrəsinə qədər ayırdığım vaxtdan xoşnut olurdum. Hədsiz axıcı olması onsuz da bir neçə günə bitirməyə sövq edir kitabı. Uzatdıqca spoiler vermə ehtimalımın artacağına əminəm. İnsan istəyir ki, bu kitabı saatlarla müzakirə etsin çünki. Ən yaxşısı fikrimi OXUNULMASI ŞİDDƏTLƏ TÖVSİYƏ OLUNUR deyib sonlandırım :)
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013934 okunma
·
543 görüntüleme
Həsən Əliyev okurunun profil resmi
Mənə nöqtə, vergül səhvi tutana bax😃 xaosdu buralar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.