Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"...Atamın qəbrinə and olsun, mənə bircə ay səlahiyyət verilsə, xalqın malını soyub var-dövlət yığan, yığdığı pulla qudurub xalqın izzəti ilə, namusu ilə oynayan bütün şərəfsizləri Bakının küçələrindəki yol fənərlərinin dirəklərindən asdıraram. Özü də bilirsiniz necə? Diri-diri, bir ayaqlarından asdıraram onları. Və tapşıraram ki, çığıra-çığıra ölənə kimi günlərlə asılı qalsınlar... Qasımlı dərhal düşündü ki, işdir, birdən bu dəlisov general hakimiyyətə gəlsə, indicə dediyini, həqiqətən, edər. Və maraqlısı budur ki, bu zaman xalqın əksər hissəsi onu alqışlayar, başına and içər, sağkən heykəlini qoyar. Bəli, üzdə demokratiya və humanizm istəyənlərin belə daxilində zalımlığa, diktatorluğa pərəstiş meyli vardı. Sovet dövrünün axırlarında kənd rayonlarının birində əzazil bir rəhbər vardı. Adamları ən kiçik nöqsanlarına görə cəzalandırır, hətta döyürdü. Vəzifə sahibləri onun qorxusundan gecələr yataqlarında rahat yata bilmirdilər. Sonra o vəzifədən getdi, yerinə demokratik ruhlu, mədəni bir katib gəldi. Və heç bir il keçməmiş rayon əhalisi bu yeni rəhbərdən bezdi. Deyirdilər ki, heyif deyildi, əvvəlki katib, köpəyoğlunun əməlli-başlı zəhmi vardı, indikinin isə ağzı qatıq kəsmir. Yazılmış qanunlardakı ədalət prinsipləri insanların içindəki ədalət anlayışı ilə əsla uyğun gəlmirdi. Hər kəs başqası barədə belə düşünürdü ki, cinayəti varsa, çox ağır cəzalandırılmalı, hətta işgəncə ilə öldürülməlidir. Lakin özü həmin cinayətdən işləyib ilişəndə özü üçün ədalət, humanizm istəyirdi. Dünyanın Nizami, Nəsimi, Cəlaləddin Rumi kimi dərin fikir adamları və onların ideya davamçıları olan ziyalılar sülhü, humanistliyi nə qədər təbliğ etsələr də, kifayət qədər faydası olmamışdı. İnsanlar yenə də özlərinə sərf edən məqamlarda zalımlığı, qəddarlığı təqdir edirdilər. Əslində, Qasımlının özü də belə idi. İndiyə kimi ifşa edib ələ keçirdiyi qatillərin neçəsini dövlətin ədalətinə təslim etmək istəməmişdi. Düşünmüşdü ki, dövlətin verdiyi cəza bu adam üçün hədsiz humanist olacaq və beləcə, neçəsini öz əlləri ilə öldürmüşdü. Elə indinin özündə də düşünürdü ki, belə olmalıdır. Çünki insanlar eyni deyildilər. Qananlar və qanmazlar kimi iki yerə bölünürdülər. Qanmaz adamları isə yalnız qorxu idarə edə bilərdi. Bu baxımından Ələmdar kimi mərd, yaxşılara qayğıkeş, pislərə qarşı qəddar olan səlahiyyət sahiblərinə həmişə ehtiyac olacaqdı"
Sayfa 223 - XXXIIIKitabı okudu
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.