Gönderi

376 syf.
·
Puan vermedi
Biz insanlar həyat adlı böyük oyunun içində qərar tapmışıq. Həyatı içindən seyr etdiyimizə görə hər şey bizim üçün ani və məhdud görsənir. Keçmişin bu günlə, bu günün gələcəklə olan əlaqəsini görə bilmirik. Bizim üçün ancaq bu gün və bu məkan vardır. Ondan kənarda olan zaman və məkanlardan xəbərsizik. Elə ona görə də, baş verənlər bizim üçün mənasız, səbəbsiz və əlaqəsiz bir təsadüf kimi görsənir. Həyata kənardan və yüksəkdən baxa bilsəydik, yaradılışa hakim olan mükəmməl həmahəngliyi, nizamı və mənanı görərdik. Bu zaman qəlbimizdən bir səs bizim bu aləmdə tək olmadığımızı, bütün baş verənlərin pərdə arxasında gözə görünməz qüdrətli bir "əlin" mövcudluğundan xəbər verərdi. Təsadüf yoxdur, hər şeydə bir məna var, sən mühüm bir varlıqsan. Bütün bu həyat və yaradılış məhz sənin üçündür. Sən təbiətin acı və mənasız oyunu deyilsən. Baş verənlər zarafat deyil, bir gərçəklikdir.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,701 okunma
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.