Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

104 syf.
8/10 puan verdi
·
25 saatte okudu
"Cəmiyyəti təkamül yolu ilə inkişaf etdirmək lazımdır."
Kitab haqqında fikirlərimə başlamazdan öncə 1-2 cümlə deyim. Kimisə dəyişdirməyə çalışmaq boşunadır, ölkənizin inkişafını istəyirsinizsə, özünüzdən başlayacaqsınız. Düşünməyi bacaraqsınız, sonra oxumağı. Cahil adamın əlində kitab təhlükədir. Sən bu gün özünü düzgün inkişaf etdirə bilməsən, ertəsi gün sənin övladların olduqları məkanı zəhərləyəndə, deməyəcəklər ki, cahil ailədə böyüyüb, ətrafı düşünməyən kəllələrdən ibarət olub. Deyəcəklər ki, millətimizin yetişdirdiyi gənclik, verdiyi təhsil budur. Sonra yenə milləti, ölkəni qınamağa başlayacağıq. Hər şey ədalətlə. Bu əsərdə Finlandiyanın ən aşağıdan ən yuxarıya necə qalxmasından, keçdikləri çətin mərhələlər, inkişaf üçün atdıqları addımlar təsvir olunur. Finlandiya hal-hazırda dünyanın ən xoşbəxt ölkələri siyahısında 1-ci yeri tutur. Heç şübhəsiz, Fin milləti bu firavanlığını daha çox kitabda əsas aparıcı obraz olan, tarixdə öz müdrikliyi, xalqa xidmətlərinə görə iz buraxmış Snelmana borcludur. Kitabdakı hadisələr, əlbəttə, bütövlükdə bir reallığı əks etdirmir. Bəziləri yazıçının təxəyyüldür. Lakin yenə də dəyişməz olan bəzi məqamlar var. Bir ölkəni necə bataqlıqdan çıxara billərsən? Hər şeyin əvvəlində təhsil durur. Təhsilsiz, cahil bir millət,əlbəttə, məhv olmağa məhkumdur. Gəncləri günahlandırmaq nə dərəcədə düzgündür? Bəyəm, onlar yaşlı nəsilin əsəri deyilmi? Millətini inkişaf etdirmək istəyirsənsə, gənclərini inkişaf etdirməlisən. Bunun üçün isə yaxşı təhsil sistemin olmalıdır. Elə bir sistem ki, gənc özünü hansısa bir sistemin içində hiss etməsin, faydasız məlumatlarla beyni dolmasın. Beynini doldurmasın, beynini daimi işlək vəziyyətə gətirsin və bu beyin sadəcə öz ixtisası üzrə yox, fərqli sahələrdə də fikir yürüdə bilsin. Zəngin bilik bazası, qıvraq zəka. Əsgərlikdə oğlanlara münasibətin dəyişdirilməsi. Onlarla heyvan kimi rəftar etməkdənsə, onlar üçün olduqca rahat bir mühit yaratmaq lazımdır. Belə ki, gənc vətəninə xidməti sevə-sevə etməlidir, əsgərlikdə elə rəftar görməlidir ki, illər sonra orduya lazım olanda o, həvəslə iştirak edə bilsin. İndi ordu sistemlərinin ucbatından gənclər vətənini sevsə, dövlətini sevmir. Əsgərə təkcə tank qabağında durmağı yox, öz şəxsiyyətlərini formalaşdırmaqda da yaxşı şəraitlər, yaxşı rəftarlı zabitlər olmalıdır. Mənim
Ebulfez Elçibey
Ebulfez Elçibey
'imin bir cümləsi düşdü yadıma: "Tank qabağında duran oğlanlar, pul qabağında sındılar.." Bu cür olmaması üçün çalışılmalıdır.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999bin okunma
··
104 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.