·159 syf.····Okunma: 15 Temmuz 2023 01:35 Zəhra nənəsinin və anasının fikirləri ilə böyümüş,atasından nifrət edən,yaşadığı itkilərdən dolayı daim atasını günahkar bilən müəllimədi.Olduqca işinə bağlı,haqq-ədalətə riayət edən,ancaq, bir o qədər də ən xırda səhvi olan insana sərt davranan biridi.Atasının ölüm xəbəri ilə evinə yola düşən Zəhranın oxuduğu dəftər onda olmayan yeganə duyğunu bərpa elədi.Bunun nə olduğunu və necə yarandığını isə kitabı oxuyaraq bilməyinizi istəyərəm.