Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

256 syf.
9/10 puan verdi
·
4 günde okudu
Növbəti oxuduğum kitab Edit Nesbitdən "Dəmiryolu uşaqları" kitabı oldu. • Kitabın mövzusu • Kitabda 2 bacı və 1 qardaşın atası həbs olunduqdan sonra anaları ilə birlikdə rahat mənzildən çıxaraq kiçik bir daxmaya köçmələrindən sonra baş verən hadisələrdən bəhs olunur. Roberta böyük bacı, Piter ortancıl qardaş və Fillis kiçik bacı obrazlarındadırlar. Onlar demək olar ki, hər fəsildə müxtəlif qəhrəmanlıqlar göstərirlər. Həmçinin, biz bu kitabda onların necə də böyük bir qəlbə sahib olduğunu görə bilərik. • Kitab haqqında düşüncələrim • Sözün düzünü desək, kitabı ilk oxuyanda çox sıxılmışdım, əsas da birinci və ikinci fəsillərdə, lakin 52-ci səhifədən sonra maraqla oxumağa başladım. Uşaqların bu cür xoşniyyətli olması çox xoşuma gəldi. Yalnız uşaqlar deyil, kitabdakı bütün obrazlar xoşuma gəldi, obrazlar çox səmimi idi. Kitabdakı obrazlar səhv etdikdən sonra səhvlərini dərk edirdilər. Qardaş-bacı davalarını da böyük təbəssümlə oxudum, ən çox güldüyüm obrazlar Piter və Fillis, ən çox bəyəndiyim obraz isə Roberta oldu. Müəllifin çəhrayı kirşanın hazırlanması və paltar yumaq taktikaları verməsi də pis deyildi :))) Müəllifin arada daxil olaraq öz fikirlərini yazması, bircə ifadə ilə çox asanlıqla qəlbə toxunması çox heyranedici idi. Kitabı oxumaq istəyən hər kəsə tövsiyə edirəm. Kitabı oxuyacaqlara xoş mütaliələr!
Dəmiryolu Uşaqları
Dəmiryolu UşaqlarıEdith Nesbit · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20212,039 okunma
·
2 artı 1'leme
·
86 görüntüleme
Jale Serdarli okurunun profil resmi
Bu kitabın pdfi var mı sizdə?
alova okurunun profil resmi
Təəssüf ki, xeyr 😊🌷
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.