Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Profil
130 syf.
9/10 puan verdi
·
31 saatte okudu
Kitabı az öncə bitirdim və tez öz fikirlərimi yazmaq istədim. İlk dəfə bir Azərbaycanlı gənc yazıçımızın bir kitabını oxudum. Məncə, oxumağıma dəydi, mənim üçün vaxt itkisi olan kitablardan olmadı. Kitabda təhsil, valideyn və övlad münasibətləri, xəyanət, dostluq kimi mövzulara toxunulmuşdu. Əsəri oxumağa başlayarkən mövzu bir az sıradan gəlmişdi, elə bildim ki, məktəbdə cinayət olacaq, Muradgil axtaracaq filan, amma elə olmadı, düzdür, dedektivlik etdilər, lakin hadisələr sıradanlaşmadı və sona kimi böyük maraqla oxudum.
Nəimi
Nəimi
yazı tərzini çox bəyəndim, obrazların keçirdikləri hisslər, duyğular sanki xüsusi bir incəliklə yazılmışdı, o duyğular, o hisslər oxucuya keçirdi. O bəzi "ölüm" səhnələri var idi ki, ağlatdı məni, ağladım :)) Bir kitabın əla olması üçün digər bir amil də məhz müəllifin hissləri düzgün və təsirli yazmasıdır, müəllif də bunu çox gözəl bacarmışdı. Kitabı oxumaq istəyənlərə tövsiyə edirəm.
Nəimi
Nəimi
uğurlar diləyirəm, ümid edirəm bir gün əsərləriniz məşhur əsərlərə çevriləcək!
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024104 okunma
Reklam
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
şəxsi inkişaf kitabı deyil, amma 1000 şəxsi inkişaf kitabına bərabərdir
Bu kitab vaxt öldürmək üçün oxunacaq kitab deyil, bu kitab elə-belə oxunulub kənara qoyulacaq kitab deyil. Bir sözlə bu kitab elə-belə kitab deyil. Kitabda əvvəllər "Bataqlıqlar ölkəsi" olan Finlandiyanın necə "Ağ Zanbaqlar Ölkəsi"nə çevrilməsindən bəhs edir. Yazıçı Qriqori Petrovun ən məşhur əsəridir. Bu əsəri müəllif XIX
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Fabula · 202198,9bin okunma
200 syf.
8/10 puan verdi
·
6 günde okudu
oxuduğum ikinci şəxsi inkişaf kitabı
Elon Muskın anası Maye Muskdan oxuduğum ilk kitab.
Bir Kadın Plan Yaparsa
Bir Kadın Plan Yaparsa
kitabını mən E-kitabdan oxudum. Məhz buna görə bir az gec bitirdim, yoxsa 2-3 günlük kitab idi. Bundan əlavə bu günədək paylaşdığım kitab alıntılarından ən çox alıntı paylaşdığım kitab olub, 152 alıntı... Bunu gördükdə çox təəccübləndim, amma kitabın janrı "şəxsi inkişaf"
Bir Kadın Plan Yaparsa
Bir Kadın Plan YaparsaMaye Musk · Destek Yayınları · 2020346 okunma
256 syf.
9/10 puan verdi
·
4 günde okudu
Növbəti oxuduğum kitab Edit Nesbitdən "Dəmiryolu uşaqları" kitabı oldu. • Kitabın mövzusu • Kitabda 2 bacı və 1 qardaşın atası həbs olunduqdan sonra anaları ilə birlikdə rahat mənzildən çıxaraq kiçik bir daxmaya köçmələrindən sonra baş verən hadisələrdən bəhs olunur. Roberta böyük bacı, Piter ortancıl qardaş və Fillis kiçik bacı obrazlarındadırlar. Onlar demək olar ki, hər fəsildə müxtəlif qəhrəmanlıqlar göstərirlər. Həmçinin, biz bu kitabda onların necə də böyük bir qəlbə sahib olduğunu görə bilərik. • Kitab haqqında düşüncələrim • Sözün düzünü desək, kitabı ilk oxuyanda çox sıxılmışdım, əsas da birinci və ikinci fəsillərdə, lakin 52-ci səhifədən sonra maraqla oxumağa başladım. Uşaqların bu cür xoşniyyətli olması çox xoşuma gəldi. Yalnız uşaqlar deyil, kitabdakı bütün obrazlar xoşuma gəldi, obrazlar çox səmimi idi. Kitabdakı obrazlar səhv etdikdən sonra səhvlərini dərk edirdilər. Qardaş-bacı davalarını da böyük təbəssümlə oxudum, ən çox güldüyüm obrazlar Piter və Fillis, ən çox bəyəndiyim obraz isə Roberta oldu. Müəllifin çəhrayı kirşanın hazırlanması və paltar yumaq taktikaları verməsi də pis deyildi :))) Müəllifin arada daxil olaraq öz fikirlərini yazması, bircə ifadə ilə çox asanlıqla qəlbə toxunması çox heyranedici idi. Kitabı oxumaq istəyən hər kəsə tövsiyə edirəm. Kitabı oxuyacaqlara xoş mütaliələr!
Dəmiryolu Uşaqları
Dəmiryolu UşaqlarıEdith Nesbit · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20212,039 okunma
156 syf.
9/10 puan verdi
·
21 saatte okudu
Bu kitaba dünən axşam başladım və bir də baxanda gördüm ki, kitabın artıq 138-ci səhifəsindəyəm, kitabın bitməsinə az qalıb. Kitab son dərəcə axıcı dildə idi, mövzusu da yaxşı idi. Başdan sona kimi böyük maraqla oxudum bitirdim. Sadəcə kitabı oxumazdan əvvəl düşünürdüm ki, mən bu kitabı oxuyanda ağlayacağam, amma ağlamadım :( Onu da qeyd edim ki, kitab müəllimlər və psixoloqlar tərəfindən tövsiyə edilən kitablardan biri idi. Həm uşaq, həm də dünya klassiki kimi adlanır. İstəyən hər kəs oxuya bilər. :)) *Kitabı oxuyan uşaqların çox faydalanacağını düşünürəm. Çünki həyatın mübarizə meydanı olduğunu, bu həyatda heç kimin rahat yaşamadığını, yaşayanların da zəhməti ilə, çalışqanlığı ilə qazandığını vurğulayır.
Kimsəsiz
KimsəsizHector Malot · Libra Kitab · 0537 okunma
Reklam
176 syf.
8/10 puan verdi
·
4 günde okudu
Kitabı bu gün oxuyub bitirdim. Bu kitab mənim Dostoyevskidən oxuduğum ilk kitabı idi. İlk öncə kitabın mövzusunu daha sonra da öz fikirlərimi yazmaq istəyirəm. *Kitabın mövzusu* Kitabda Yakov Petroviç Qolyadkin və onun oxşarından söhbət gedir, lakin onlar xarici görünüşlərinə görə çox bənzəsələr də, hətta eyni olsalar belə, daxili cəhətdən
Oxşar
OxşarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 202021,9bin okunma