Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

130 syf.
9/10 puan verdi
·
31 saatte okudu
Kitabı az öncə bitirdim və tez öz fikirlərimi yazmaq istədim. İlk dəfə bir Azərbaycanlı gənc yazıçımızın bir kitabını oxudum. Məncə, oxumağıma dəydi, mənim üçün vaxt itkisi olan kitablardan olmadı. Kitabda təhsil, valideyn və övlad münasibətləri, xəyanət, dostluq kimi mövzulara toxunulmuşdu. Əsəri oxumağa başlayarkən mövzu bir az sıradan gəlmişdi, elə bildim ki, məktəbdə cinayət olacaq, Muradgil axtaracaq filan, amma elə olmadı, düzdür, dedektivlik etdilər, lakin hadisələr sıradanlaşmadı və sona kimi böyük maraqla oxudum.
Nəimi
Nəimi
yazı tərzini çox bəyəndim, obrazların keçirdikləri hisslər, duyğular sanki xüsusi bir incəliklə yazılmışdı, o duyğular, o hisslər oxucuya keçirdi. O bəzi "ölüm" səhnələri var idi ki, ağlatdı məni, ağladım :)) Bir kitabın əla olması üçün digər bir amil də məhz müəllifin hissləri düzgün və təsirli yazmasıdır, müəllif də bunu çox gözəl bacarmışdı. Kitabı oxumaq istəyənlərə tövsiyə edirəm.
Nəimi
Nəimi
uğurlar diləyirəm, ümid edirəm bir gün əsərləriniz məşhur əsərlərə çevriləcək!
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024109 okunma
··
1 artı 1'leme
·
313 görüntüleme
Nəimi okurunun profil resmi
Kitabın giriş də çox sıradan gəlməsi problemi var, bunu qəbul edirəm. Nə qədər diqqət çəkən bir giriş etmək istəsəm də təcrübəsizliyimdən bacara bilmədim) Ümumi olaraq bəyənibdə sona qədər oxuduğunuz üçün, xüsusilə də sıradan gəldiyi zaman yarıda qoymadığınız üçün təşəkkürlər. Ümid edirəm göz yaşlarınız bir ömür sadəcə sevincdən və kitab, film səhnələrinə görə axar)
alova okurunun profil resmi
Heç vaxt yarıda qoyulası kitab deyildi, həqiqətən, çox maraqlı idi ki mən də bəyəndim. Sondakı cümlələrinizə görə çox sağ olun :)) Sizə uğurlar! ✨🖋️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.