Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

- Korun gözləri açıldığında ilk edəcəyi şey nədir bilirsən? - Ona yol göstərən çəlikini qırmaq. - Nankorluq bu qədər gözəl izah edilə bilməzdi. "Woman in the dunes" filmindən (1964) Yapon yazıçısı Kobo Abenin "Qumluqdakı qadın" romanı əsasında çəkilmiş eyniadlı film. Müəllim işləyən gənc Niki (Eydzi Okada) həvəskar-entomoloqdur, o, böcək kolleksiyası toplayır. Səhraya böcək axtarışına yollanan Niki, avtobusa gecikdiyindən bir kənddə gecələməli olur. Dəniz kənarında yerləşən kənd qum təpəcikləri ilə zəngindir. Sakinlər gecələmək istəyən kişini kəndir nərdivanla quyuya salırlar. O, quyunun dibindəki daxmada yaşayan gənc qadının (Kyoko Kishida) qonağı olur. Səhəri gün yola düşmək istəyən Niki nərdivanın götürüldüyünü görür. Zamanla tələyə düşdüyünü anlayan kişi qadına qumları təmizləməkdə kömək edir. Çünki qumlar təmizlənməsə kənd onun altında qala bilər. Qumlar təmizlənməyəndə isə onlara yemək, su verilmir. Kişinin qaçmaq cəhdləri alınmır. O, taleyi ilə tədricən barışır və bir gün qumluğun dərinliyində su mənbəyi tapır.
·
44 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.