Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Bu kitabda Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy və jurnalist Ədalət Tahirzadənin söhbəti yer alır(1991-1992). Elçibəyin dinə, elmə, siyasətə, gəncliyə, hakimiyyətə və s. yanaşmaları, həmçinin öz həyatında, inkişafında aparıcı rol oynamış hadisələr, insanlar haqqında həvəslə danışması yer almaqdadır. Siyasəti sevməsəm də, Elçibəyin siyasi düşüncələri həmişə mənə maraqlı gəlib. Xüsusilə də, Elçibəy adı gələndə, çox adam elə zənn edir ki, H.Əliyevin qatı düşmənidir. Elçibəyin də dediyi kimi, Azərbaycanlılarda belə düşüncə formalaşıb ki, ya dost olmalısan, ya da düşmən. Dostun deyilsə, deməli, düşmənindir. Amma Bəyin Əliyev haqqındakı fikirləri onun yüksək mənəviyyata sahib olmasının göstəricisidir(kitabda buna şahid oluruq).Yalnız mənfilərə yox, müsbətlərə fokuslanaq fikirlərini söyləyib. Digər kitablarını da oxumağı düşünürəm. Elçibəyin fikirləri olduqca maraqlıdır.
Deyirdim ki, Bu Quruluş Dağılacaq
Deyirdim ki, Bu Quruluş DağılacaqEbulfez Elçibey · Bakı,Gənclik Nəşriyyatı · 19924 okunma
·
1 artı 1'leme
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.