Yəhudilər bunu etməməyə başladılar. Sonra xoruz, toyuq və s. kimi heyvanları Sinaqoqun divarlarına vuraraq öldürüb qurban verirdilər. Ümumən qurban verməyin kökü olduqca qədimdir. İnsanlar təbiət hadisələrinin qarşısında öz dəyərli əşyalarını, insanlarını, hətta bitkilərini də qurban verirdilər ki, Tanrı və ya yaxud ruhlar onlara toxunmasın. Dəyərli olma məsələsi də mübahisəlidir. Şumerlərdə qullar qurban verilərkən bəzi uygarlıqlardan hökmdar belə qurban verilə bilərdi. Hal-hazırdakı məlumatlara görə yeganə insan qurban etməyən qədim xalqın Çinlilər olduğu düşünülür. Xristiyanlar qurban verirdimi? Bəli. Onlar "ifritə"( cadı, witch) adlandırdıqları qadınları, bidətçiləri və s. qurban verirdilər. İndiki zamanda isə onlarda qurban vermə adəti yoxdur. Onsuz da bazar günü İsa'nın əti yerinə çörək, qanı yerinə şərab içərək vahid qurbanı-İsa'yı anırlar( İsa onlar üçün ən böyük qurban idi. Çarmıxa çəkilərkən bütün insanların günahını da götürüb getmişdi). Hindlilərdə qurban vermə var idi. Sonra sadəcə Vedaları oxuya bilən Brahmanlar qurban verilməyinə icazə verildi. Sonra isə qurban verilməsi qadağan olundu. (Reenakarnasiya'ya inandıqları üçün). Hannibal qəbilələri onsuz bilirik. Onlar da insanları qurban verirlər.Qədim sami tayfalarında da qurban vermə adəti olmuşdur. Yəni bütün mədəniyyətlərdə demək olar ki, qurban vermək mühüm yer tutur, Tanrı ilə əlaqə yaratma arzusu zəminində idi