Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nəyə lazım idi bu? Niyə hamı kimi rahat yaşaya bilmirdim? Niyə doğulandan nə öyrədilibsə elə onu eləmirdim, məsələn Azərbaycan reallığında dindar kim idi? Qohumları öləndə bircə dəfə salavat çəkmək, ramazan bayramında dini şəkillər paylaşmaq, arada oruc tutmaq, maşında Allah kəliməsini asmaq və Əli ayağına getmək, hə, bir də qorxulu yuxudan ayılarkən "Bismillah" demək. Bu insanlar rahatca cəmiyyətdə özlərini dindar adlandırır və rahatca həyatlarını yaşayırdılar. Unutdum, əsas məsələlərdən biri də halal kolbasalar idi. Bunu etmək artıq bizim cəmiyyətdə dindarlığın ən üst nöqtəsində olmaq demək idi. Amma təbii ki, 7 il islam dərsləri almış bir insan kimi mən cəmiyyətimizin islamı yaşamadığını gözəl anlayırdım
Elxan ZeynallıKitabı okudu
··
83 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.