Gönderi

400 syf.
·
Puan vermedi
·
71 günde okudu
Fərman Kərimzadə "Çaldıran döyüşü"
Romanı çox həvəslə oxudum. Məni o dövrə apardı. Əsərimizin baş qəhrəmanı dövlət başçısı, sərkərdə, məhşur şair Şah İsmayıldır. Əsərdə onun ağılı və uzaq görən siyasətindən söhbət açılır. Romanda göstərilir ki, onun dövlət qurması və hakimiyyət başına keçməsi heç də asan olmamışdı. Çünki o dövrün siyasi vəziyyəti çox mürəkkəb idi. Ağqoyunlu dövləti parçalanmış onun bir qoluna Murad Mirzə başçılıq edirdi. Romanda Şah İsmayılın onunla olan mübarizəsi təsvir olunmuşdu. Murad Mirzə məğlub olmuşdu. Döyüş ərəfəsində Muradın bacısı Taclıbəyim şah İsmayıla sığınmışdı. Taclıbəyim ilə Şah İsmayıl bir - bir ni sevir. Amma buna saray adamları etiraz edir. Çünki Taclıbəyim bir Ağqoyunlu idi. Onlar başqa biri ilə evlənməyi məsləhət görürlər. Biz burada saray adamlarının hər bir məsələdə ehtiyyat etdiyini görürük. Şah İsmayılın daima sözə, sənətə, elmə çox böyük önəm verən biri idi. Bu səbədən də o romanda əl məclisləri qürur.Bu məclislərdə özü də iştirak edir. Əsərdə bir çox tarixi şəxsiyyətlər iştirak edir. Onların çoxu sənət adamlarıdır : Məhşur rəssam Kemaləddin Behzad, Nəvai, Fizuli, Qurbani. Romanda Qurbani ilə bağlı səhnələrə daha çox yer verilmişdir. Sah İsmayılın ona böyük hörməti var. Ona görə də hansı döyüş olur olsun, onu da mütləq aparardı. Onun dilindən tökülən hər söz bir xəzinə dəyərində idi. O yanğılı şeirləri çox. İdi. Ətrafındakı insanlara da çox maraqlı gəlirdi ki, Qurbanının səsi, bu dağı, daşı, yandırır amma özü yanmır. Əsərdə onun Pəri xanıma olan sevgisi ön plana çəkilmişdir. Əsərdə Qurbani ilan sancması nəticəsində dünyasını dəyişir. Əsərdə digər maraqlı səhnələrdən biri Kərbəla ziyarətində olarkən Şah İsmayılın Hürün qəbrini açdırmasıdır. Bir oxucu olaraq bu səhnədə onun bu hərəkətindən narazı qalıram. Ancaq Fərman Kərimzadə romanda onun hər bir məsələ ilə maraqlandığını və mütləq buna agah olana qədər çalışdığını göstərmişdir. Mənə maraqlı gələn digər bir məsələ də o idi ki, axı Şah İsmayıl romanda ağıllı, elmli bir şəxs olaraq göstərilirsə Hürün 100 illər sonra qəbrə necə qoyulmuşdusa eləcə qalmasını elmi cəhətdən anlamır və nə üçün hunu bir möcüzə olaraq qəbul edir. Belke də bir oxucu olaraq düzgün yanaşmıram amma qızğın qumda cəsədin çürüməməsi o dövrün elm adamları, və Şah İsmayıl üçün agah deyildimi? Osmanlı da siyasi vəziyyət daha da mürəkkəb idi. Bəyazid artıq yaşlanmışdı. Ona görə də gərək öz sağlığında taxta bir oğlunu keçirmıli idi Üç oğlu var idi:Səlim, Əhməd və Qorqut. Qorqutun övladı olmadığı üçün onun taxta çıxması qeyri mümkün idi. Səlim isə atasına sonradan üsyan qaldırır. Atası isə onu yanına çağırdır. Onun bütün günahlarını bağışlayır. Bu mənə çox maraqlı idi. Əgər bagışlayacaqdısa nə üçün oğlunu üzərinə qoşun çəkirdi. Səlimin etdiyi də düz bir hərəkət deyildi. Bu sadəcə siyasi bir oyun idi. Amma oxuduğum qədər ilə romanda gösterildiyi kimi. Bəyazid taxta Səlimin keçməsini istəmir bəs nə üçün, nə dəyişir ki, öz əli ilə taxtı Səlimə verir? Romanın ən acınacaqlı səhnəsi isə odur ki, Səlim öz atasını zəhərləyərək öldürür. Qardaşları və qardaşı uşaqlarına rəhm etmir. Hər birini yay kirişi ilə boğdurur. Səlimin taxta çıxması ilə Səfəvi və Osmanlı arasında münasibətlər gərginləşir. Çünki İsmayıla sığınan şəxzadələrdən birini himayə etmişdi. Şah İsmayılın iki böyük düşməni var idi. Şeybani can və Səlim. O Şeybani xana qalib gəlmişdi amma Dıkimı qaib gələ bilmir. Çaldıran döyüşündə məğlub olur. Amma yenə də buna baxmayaraq onun bir ümidi var idi. Əsərdə Şah İsmayılın xanımları, Taclıbəyim və Bəhruzə xanımın igidliyindən onların döyüşdə iştirakından söz açılır. Romanda bununla da müəllif türk qadınlarının gücü və qüdrətindən söz açmışdır. Əsərdə Hüseyn bəy Lələ obrazı var. O həmçinin tarixdə Şah İsmayılın ən yaxın adamlarından olmuş, əsərdə də bu şəkildə göstərilmişdir. O Şah İsmayıllı daima qoruyur. Şah İsmayılın da Lələyə böyük hörməti var. Şah İsmayılın ən yaxın adamı olub ona xəyanət edənlərdən biri Məhəmməd Kaşini idi. Ancaq o layiqli cəzasını tapır. Həqiqətəndə romanı oxuyanda görürsən ki, xəyanət edənlər içərisində sapı özümüzdən olanlar da var. Romanı haqqında nə qədər yazsam da bəhs etməz. Hər səhifəsinı maraqla oxudum.
Çaldıran Döyüşü
Çaldıran DöyüşüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 073 okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.