Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aytəkin Həsənova

Aytəkin Həsənova
@Hasanova_00
7 okur puanı
Mayıs 2023 tarihinde katıldı
400 syf.
·
Puan vermedi
·
71 günde okudu
Fərman Kərimzadə "Çaldıran döyüşü"
Romanı çox həvəslə oxudum. Məni o dövrə apardı. Əsərimizin baş qəhrəmanı dövlət başçısı, sərkərdə, məhşur şair Şah İsmayıldır. Əsərdə onun ağılı və uzaq görən siyasətindən söhbət açılır. Romanda göstərilir ki, onun dövlət qurması və hakimiyyət başına keçməsi heç də asan olmamışdı. Çünki o dövrün siyasi vəziyyəti çox mürəkkəb idi. Ağqoyunlu
Çaldıran Döyüşü
Çaldıran DöyüşüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 073 okunma
Reklam
400 syf.
·
Puan vermedi
·
71 günde okudu
Çaldıran Döyüşü
Çaldıran DöyüşüFərman Kərimzadə
8.8/10 · 73 okunma

Okur Takip Önerileri

Tümünü Gör
Güc - kobud, qaba güc hər cür gözəlliyin, xoşbəxtliyin düşmənidi. O kor - koranə axan seldi, meşəyə düşən yanğındı. O yaşatmır, o məhv eləyir, viran qoyur.
Sayfa 145Kitabı okudu
Peyğəmbərimiz Qurani - şərifdə deyib : "Düşmənindən qorxma, uzaq başı səni öldürəcək, dostundan qorxma, son ayaqda səni satacaq. Qorx laqeyd adamdan. O adamdan ki, nə dostluğu bilinir, nə düşmənçiliyi."
Sayfa 122Kitabı okudu
Reklam
Güclü hökmdar qorxmadan, çəkinmədən böyük, nəhəng döyüşlərə girir və qalib gəlir. Torpaq qazanır. Həmin torpaq vətən oğullarının qanı ilə suvarılandan sonra orada elə bağ salmaq lazımdır ki, əsrlərə çiçək açsın. Torpaqda xış işləməsə, bağ salınmasa, həyat dayanar.Torpağın gözəlliyi əkindi,biçindi, çiçəkdi, taxıldı, ağacdı... Onu gözəlləşdirmək adı insanların payına düşüb. Bəs vətənin şöhrətini artırmaq necə? Ona görə də ilhamı insanlar doğulur. Onlar şeir yazır, buna tikir, rəsm çəkir. Bu elə bir sənətdir ki, heç vaxt ölmür, heç vaxt yaddan çıxmır. Sənətkarları güclü olan ölkənin şöhrəti də uzaqlara gedir.
Pərvanə axı alovda nə görüb? Niyə kövrək qanadlarını, zərif vücudunu oda qurban verir? Axı onsuz da ömrə qısadır. Yox, nəsə başqa bir böyük hikmət var. O hikməti dərk etmək lazımdır. İnsan - hamısı yox, düz əqidəli insan da elə pərvanə kimidir...
... Deyirlər ki, günəş kainata həyat verir. Günəş doğanda, ona baxın- məgər o ölü deyilmi? Hər Hər şey ölüdür, hər tərəf cəsəddir. İnsanlar yalqızdır, dörd tərəfləri isə sükutdur - bax, Yer üzü belədir! "İnsanlar, bir- birinizi sevin!"
80 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Fyodor Dostoyevskinin " Utancaq qız" əsəri həqiqətən insan ruhuna çox təsir edir. Əsərdə çox çəkinən, utancaq bir qız var. Bu qız yetimdir. İki xalası ilə qalır. Ancaq qızın xalaları onunla çox pis rəftar edir. Hətta qızın hələ 14 yaşı var amma onu 50 yaşında bir bakkala ərə vermək istəyirlər. Ancaq bir səlimçi qızı çox sevir. Qızı bu çətin vəziyyətdən xilas etmək üçün,qızın xidmətçisi Lukeriyadan kömək istəyir. Qız bu səlimçi ilə evlənir. Əsəri oxuduqca görürük ki, onlar evli olsalarda aralarında bir - birinə qarşı soyuq rəftar var. Onlar bir - biriləri ilə çox az söhbət edirlər. Günlərin bir günü qız pis xəstələnir. Bu xəstəlik tam 6 ay çəkir. 6 ay ərzində səlimçi və Lukeriya qızın qayğısına qalırlar. Qız sağaldıqdan sonra onlar arasında münasibətlər yaxşılaşmağa doğru gedir. Qız ərinə söz verir ki, ona qarşı çox sədaqətli olacaq. İkicə saatlıq evdən ayrılan səlimçi geri qayıtdıqda evlərinin həyətinə çoxlu insanın toplaşdığını görür. Qız özünü pəncərədən ataraq intihar edib. Səlimçi və Lukeriya çox sarsılır. Qız nə üçün intihar etmişdi? Əslində müəllif bu sualın cavabını oxucuya buraxır. Bir oxucu olaraq mənim fikrimcə qız bəlkə də verdiyi sözləri yerinə yetirə bilməyəcəyinə görə öz həyatına son qoymuşdu. Hər oxucu müxtəlif cür düşünə bilər.
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
80 syf.
·
Puan vermedi
Aleksandr Puşkinin" Qafqaz əsiri " poeması bir nəfəsə oxuya biləcəyiniz bir əsərdir. Əsərdə bir əsir Qafqaza gətirilir və o burada bir qızla tanış olur. Onların arasında baş verən hadisələr bədii boyalarla öz əksini tapmışdır. Bu əsər müəllifin Qafqaza sürgün olunduğu vaxtlarda yazılmış, onun Qafqaz mövzusuna həsr etdirdiyi əsərləri sırasına daxildir.
Qafqaz əsi­ri
Qafqaz əsi­riAleksandr Puşkin · Qanun Nəşriyyatı · 040 okunma
Reklam
416 syf.
·
Puan vermedi
Ceyms Fenimor Kuperin "Sonuncu Mogikan" əsərində göstərilir ki, 1755-1763-cü illərdə İngilislər və Fransızlar arasında onlara aid olmayan bir ərazi uğrunda mübarizə gedir. Hindular isə bu ərazinin sahibləridir. Əsərdə Hinduların yaşam tərzi və adət ənənələri göstərilmişdir. Əsərdə Şahingöz, Çinkakçuk, Alisa, Kora, Vilhelm, və başqa obrazlar iştirak edir. Sonda baş qəhramanımız ölür. Əsər haqqda özüm daha ətraflı danışmaq istəmirəm ki, sizlər oxuyanda marağınız qaçmasın.
Sonuncu Mogikan
Sonuncu MogikanJames Fenimore Cooper · Qanun Nəşriyyatı · 0315 okunma
272 syf.
·
Puan vermedi
Yusif Səmədoğlunun "Qətl günü" romanında iki ayrı - ayrı dövrə baş vermiş hadisələri özündə əks etdirir. Birinci dövr Qacar dövrü, ikinci dövr isə represiyya dövrünə təsadüf edir. Əsərdə obrazlar çoxluq təşkil edir. Əsərdə Kirlikir adlı bir siçan obrazı da var.
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014109 okunma
144 syf.
·
Puan vermedi
Davamlı mütaliəyə başlarkən oxuduğum ilk kitab. Mini klassika seriyasına daxil olan bu kitabda edama məhkum edilmiş bir şəxsin edamdan əvvəlki günlərində yaşadığı hiss və düşüncələri öz əksini tapmışdır. Edama məhkum olunmuş şəxsin əsərdə adı verilmir. Onun bir balaca qızı var. Qız atasını son dəfə görə bilsin deyə onun yanına gətirirlər amma qız atasının tanımır. Məhkum çox pis olur. Mənə görə əsərin ən təsirli səhnəsi bu idi. V. Hüqo bu əsəri əslində edam qərarlarının ləğv olunmasi səbəbi ilə yazmışdır. O dövrdə edam cəzası kütləvi şəkildə yayılmışdı. Çox məhkum gilyotinle edam edilirdi. Əsərin sonunda belə bir səhnə var: Edam günü çatanda məhkum yalvarırdı heç olmasa bir az gözləsinlər. Bəlkə məhkəmədən əfv qərarı çıxar. Orda olan bir şəxs deyir: "Dayanmaq olmaz hava yağışlıdır.Gilyotinin bıçağı paslana bilər." Her kese oxumağı tövsiyyə edirəm.
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0120,9bin okunma
Hansı kitabları tövsiyyə edə bilərsiz?
2023 OKUMA HEDEFİ
6/30 kitap - %20 tamamlandı
6 kitap okudu
30 kitap
1.392 sayfa
5 inceleme
5 alıntı