Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Utancaq Qız

Fyodor Dostoyevski

Yorumlar ve İncelemeler

Tümünü Gör
80 syf.
·
Puan vermedi
“Utancaq qız” Dostoyevskinin kiçik həcmli olmasına baxmayaraq, özündə dərin duyğular birləşdirən maraqlı əsərlərindən biridir. Burada məzlum, yetim, azyaşlı bir qızın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Onun xalaları onu özündən qat-qat böyük bir qocaya satıb, başlarından atmaq istəyirlər. Elə bu anda qıza dərin məhəbbətlə vurulan xilaskarı peyda olur və bu əziyyətlərdən qurtarır. Elə hadisələrdən də bundan sonra başlanır. Bəs qız öz xilaskarına niyə nifrət etdi?
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
Reklam
80 syf.
·
Puan vermedi
Spoiler
Hekayənin qısa olmasına baxmayaraq, insana təsir etməyi bacarır. Oxuyub bitirdikdən sonra bu təsirli hekayə sanki insanın gözündə canlanır. Əsəri çox bəyəndim obrazların bir birilə dialoqları çox az olsada hadisələri çox yaxşı izah etməyi, onları gözümüzdə canlandırmağı bacarıb yazar.Belə ki, adı verilməyən bu sələmçiyə böyük bir nifrət hissi oyatmağı belə bacarmışdır. Əsərdə yetim qalan və xalaları tərəfindən yaşlı bir kişiyə ərə verilməyə çalışılan və başda bu qızın bu xilaskarı olan sələmçinin hekayəsindən bəhs edilir. Sələmçi bu qıza möhtac gözü ilə baxıb ona evlilik təklifi edərkən rədd edə bilməyəcəyini bilirdi. Hekayə boyunca sələmçi ilə qız arasında münasibətin soyuq olduğu müşahidə edilir. Ancaq əsərin sonunda sələmçi öz səhvini anlayır və qıza daha yaxşı münasibət bəsləməyə başlayır. Evə qayıtdıqda isə qızı intihar etmiş olaraq tapır. Belə bir nəticə əldə edə bilərik ki, " İnsanı sevgisizlik öldürür". Əsərin sonunda sələmçinin dediyi kimi bəlkə vaxtında sevgisini göstərsə idi ona cənnət verə bilərdi
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
80 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Fyodor Dostoyevskinin " Utancaq qız" əsəri həqiqətən insan ruhuna çox təsir edir. Əsərdə çox çəkinən, utancaq bir qız var. Bu qız yetimdir. İki xalası ilə qalır. Ancaq qızın xalaları onunla çox pis rəftar edir. Hətta qızın hələ 14 yaşı var amma onu 50 yaşında bir bakkala ərə vermək istəyirlər. Ancaq bir səlimçi qızı çox sevir. Qızı bu çətin vəziyyətdən xilas etmək üçün,qızın xidmətçisi Lukeriyadan kömək istəyir. Qız bu səlimçi ilə evlənir. Əsəri oxuduqca görürük ki, onlar evli olsalarda aralarında bir - birinə qarşı soyuq rəftar var. Onlar bir - biriləri ilə çox az söhbət edirlər. Günlərin bir günü qız pis xəstələnir. Bu xəstəlik tam 6 ay çəkir. 6 ay ərzində səlimçi və Lukeriya qızın qayğısına qalırlar. Qız sağaldıqdan sonra onlar arasında münasibətlər yaxşılaşmağa doğru gedir. Qız ərinə söz verir ki, ona qarşı çox sədaqətli olacaq. İkicə saatlıq evdən ayrılan səlimçi geri qayıtdıqda evlərinin həyətinə çoxlu insanın toplaşdığını görür. Qız özünü pəncərədən ataraq intihar edib. Səlimçi və Lukeriya çox sarsılır. Qız nə üçün intihar etmişdi? Əslində müəllif bu sualın cavabını oxucuya buraxır. Bir oxucu olaraq mənim fikrimcə qız bəlkə də verdiyi sözləri yerinə yetirə bilməyəcəyinə görə öz həyatına son qoymuşdu. Hər oxucu müxtəlif cür düşünə bilər.
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
80 syf.
8/10 puan verdi
·
Beğendi
“Siz soruşa bilərsiniz:mən xilas olacağıma çoxmu əmin idim?Onda mən də sizdən soruşuram:canım qədər sevdiyim bir insan üstümə tapança çəkəndən sonra yaşamaq nəyimə gərəkdi?““Niyə susurdum? İstəyirdim ki, özü öyrənsin, mənsiz öyrənsin. Amma pis adamların söz-söhbətindən yox, məni özü dərk etsin, başa düşsün”
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
Reklam
80 syf.
·
Puan vermedi
Oxumağa dəyər )
Bu roman da xalaları tərəfindən baxılan 16 yaşlı bir qızın Sələmçi bir adamla evlənməsi sonunda bədbəxtçiliylə sonlanan həyat hekayəsindən bəhs olunur.Arada həm yaş fərqindən həm də hər iki tərəfin tələblərinin fərli olduğundan dolayı bu evliliyin yaxşı getməməsi və qızın yoldaşına yaranan nifrət hissi nəzərə çarpır.Sələmçi adamın qızı hər şeydən qısıtlaması,məhrum etməsi olduğu kimi davranmasına izin verməməsi nəfəs almağa belə qoymayacaq həddə gətirib çıxarması və s Susqunluğun,dinməzliyin , qürurun ,hissleri bəlli etməməyin insan mənəviyyatına necə təsir etdiyini vurğulayır yazıçı. 80 səhifəlik roman da 70 səhifə boyunca sələmçinin bundan heç peşman olmadığı əksinə heç nəyi anlamayaraq xoşbəxt olduğunu görürük.Əsərin sonun da sələmçinin hər şeyin fərqinə varması və böyük bir pesmanciliqla qızın ayaqlarına düşüb yalvarıb və iztirap çəkməsinin şahidi oluruq.Əsər də fikir gəl-getləri ,bu hadisələrə səbəb olan düşüncə silsilələri və bunları qarşı tərəfə ifadə formalari da izah edilir Qisacasi yazarin bizlərə verməyə çalışdığı mesaj budur ; Yeraltında qalmış ,sıradan bir şəxsin sağlam olmayan fikirləri necə yıxımlara gətirib çıxara bilər .Qürurun nə qədər təhlükəli bir silaha dönüşdüyünün sübutudur bu əsər.
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
31 saatte okudu
Her bir satırında yoğun izler bırakan, insan psikolojisini en ince ayrıntısına kadar yansıtan ve sonuyla da insanı derinden sarsan kısa, sıra dışı ve oldukça etkileyici bir hikaye ile karşı karşıyayız. Son derece gururlu olduğunu düşünen bir adam kendisinden aşağı gördüğü ve ondan başka çaresinin olmadığını düşündüğü 16 yaşındaki bir genç kıza evlenme teklif eder. Ancak bu kibirli adamın bir planı vardır: Bu genç kızın karşısında daima susarak ve ona soğuk davranarak kendisini çözmesini beklemektedir. “Ben susarak konuşma ustasıyım, hayatım boyunca susarak konuştum ve bütün trajedileri tek başıma susarak yaşadım.” Kahramanımız adeta susarak eşinden kendisini ve yaşadığı acıları çözümlemesini ve ondan af dilemesini beklemektedir(Evet doğru anladınız; eşinin haberi bile olmadığı acılar için ondan özür dilemesini bekliyor kahramanımız). Bir tarafta ise kocasından ilgi bekleyen, ailesini kaybetmiş, yalnız ve günden güne çöken bir genç kızı var. Bir gün kahramanımız gerçekleri fark eder(geç de olsa) ve karısına tapmaya başlar. Adeta aşktan başı döner ve karısının ayaklarına kapanıp af diler. Ama bu geç kalmış bir aftır… “Korkunç bir umutsuzluk içindeydim, mahvolmuştum, ben mahvolmuş bir haldeyken bir başkasını nasıl kurtarabilirdim?" Dostoyevski ve onun kaleminden yine muhteşem bir eser. Mutlaka okuyun okutun derim. Keyifli okumalar...
Uysal Kız
Uysal KızFyodor Dostoyevski · Can Yayınları · 20238,3bin okunma
80 syf.
10/10 puan verdi
İntihar eden 16 yaşında bir genç kadın. Goethe’den alıntılar yapan 41 yaşında bir rehinci. Ve hüznün hikayesi. 20 günde yazılmış, 2 yıllık bir hikayeyi 2 saatte anlatan bir eser. Sinemada tek planda çekilmiş bir sahne gibi adeta. Oturup okumaya başlayıp bitirinceye kadar gözlerinizi kırpmamanız gereken bir eser aynı zamanda. Sadece anlatılanları
Uysal Kız
Uysal KızFyodor Dostoyevski · Can Yayınları · 20238,3bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.