Gönderi

80 syf.
·
Puan vermedi
Oxumağa dəyər )
Bu roman da xalaları tərəfindən baxılan 16 yaşlı bir qızın Sələmçi bir adamla evlənməsi sonunda bədbəxtçiliylə sonlanan həyat hekayəsindən bəhs olunur.Arada həm yaş fərqindən həm də hər iki tərəfin tələblərinin fərli olduğundan dolayı bu evliliyin yaxşı getməməsi və qızın yoldaşına yaranan nifrət hissi nəzərə çarpır.Sələmçi adamın qızı hər şeydən qısıtlaması,məhrum etməsi olduğu kimi davranmasına izin verməməsi nəfəs almağa belə qoymayacaq həddə gətirib çıxarması və s Susqunluğun,dinməzliyin , qürurun ,hissleri bəlli etməməyin insan mənəviyyatına necə təsir etdiyini vurğulayır yazıçı. 80 səhifəlik roman da 70 səhifə boyunca sələmçinin bundan heç peşman olmadığı əksinə heç nəyi anlamayaraq xoşbəxt olduğunu görürük.Əsərin sonun da sələmçinin hər şeyin fərqinə varması və böyük bir pesmanciliqla qızın ayaqlarına düşüb yalvarıb və iztirap çəkməsinin şahidi oluruq.Əsər də fikir gəl-getləri ,bu hadisələrə səbəb olan düşüncə silsilələri və bunları qarşı tərəfə ifadə formalari da izah edilir Qisacasi yazarin bizlərə verməyə çalışdığı mesaj budur ; Yeraltında qalmış ,sıradan bir şəxsin sağlam olmayan fikirləri necə yıxımlara gətirib çıxara bilər .Qürurun nə qədər təhlükəli bir silaha dönüşdüyünün sübutudur bu əsər.
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208,3bin okunma
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.