Gönderi

424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
Relslər Üzərinə Uzanmış Adam. Əsər elə yazılıb ki, oxuduqca özümü əsərin içində hiss etdim, çox qəribə hisslər keçirdim, Əminin ağacın altına atılması, Adriananın başına gələnlər, atasının onu görməsi, özünü öldürməsi bütün hadisələr gözümün önündə canlandı və bu mənə çox qəribə hisslər yaşatdı, bəzi hissələri oxuduqdan sonra sadəcə "dəhşət" deyərək keçdim. Lakin reallığın, acı həqiqətlərini əks etdirən bu yazıları qınamaq bərədə düşünə bilmədim. Çünki bu reallıqdır. Real həyat insanların istədiyi həyatla heç də tarazlaşmır. Qəbul etməkdə çətinlik çəkdiyim bir şey var ki, bütün bunları, acı həqiqətləri, real olanları, dəhşəti, qəddarlığı Tanrı'nın görüb və buna göz yummasıdır. Sadəcə bir qatarın gəlişini gözləmək yüzlərlə səhifə yazının yazılmasına səbəb olacaq düşüncələri göz önündən keçirməyə bəs edirmiş. Müharibələr heç bir qanuna tabe olmur. Hissələr arasında əlaqə tapmağa çalışmağın isə məni kitabı oxuyarkən çox yordu. İmzalı kitab üçün müəllifə təşəkkür edirəm.
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
·
46 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.