Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

336 syf.
10/10 puan verdi
·
Beğendi
Vətənpərvərlik nədir? "- Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı, torpağı bölüşən insanlara duyduğun təmənnasız sevgidən, məsuliyyətdən, ləyaqətdən yaranır. Torpağı sevmək, anaya, övlada olan hiss kimidir. "Niyə sevməliyəm?" demirsən, sadəcə sevirsən." Müasir dövrdə Qarabağ savaşından, Əsgərlərimizin qəhrəmanlığından bəhs edən bir çox əsər vardır. Bu gün sizə Rövşən Abdullaoğlu'nun "Koramal" romanı haqqında fikirlərimi bölüşmək istəyirəm. Kitab Birinci Qarabağ və Sovetlərin dövründə Əfqanıstan müharibəsi zamanı baş verənləri əks etdirir. Hansı ki, Sovet ordusu tərkibində azərbaycanlı əsgərlər də döyüşürdü. Millət fərqi etmədən, ermənilər və azərbaycanlılar birlikdə. Əfqanıstanda ermənilərlə birgə döyüşmüş, hətta həyatlarını belə xilas etdikləri əsgərlərlər bu dəfə iki ayrı cəbhədə savaşırlar. Müharibə, itirilən torpaqlar, dağılmış ailələr. Bir qəhrəmanlıq hekayəsi... Kitabdakı obrazlar 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin, qəhrəmanlarının adlarını daşıyır. Bununla da müəllif həmin adları bir daha əbədiləşdirib. Oxuduqca özümü bir anlıq müharibənin ortasında Abdulla, Həmid, Əliyar, Hikmət, Xudayar və digər əsgərlərin yanında hiss etdim, ölüm təhlükəsi ilə üz üzə qalsa da, qeyrətini itirməyən Həcərlərimizi gördüm. Ölümü əsir düşməkdən üstün tutan Xudayar, İsrafil kimi igidlərimizi gördüm, əsir düşərgəsində bütün işgəncələrə qarşı dözüb, nə olursa olsun, düşmənə sirr açmadan, susan xalqımızın qəhrəmanlığını gördüm. Əsirləri həyatda saxlayan nə idi? Hansı ki ağıllarını itirməyib, bütün işgəncələrə qarşı durub, susma gücü verirdi. Bir çox kitablarda və filmlərdə bu "ümid" hissi ilə cavabını tapır. Və bu sualı kitabda keçən bir cümlə ilə tamamlamaq olar: "Nə olursa olsun, ruhunu diri saxla, xəyallarını, ümidlərini diri saxla." Uzun tarixi faktlara yer verilmədiyi üçün kitab çox axıcıdır. Əksinə, hadisələrin obrazların dili ilə təsviri, hətta tarixi hadisələrin dialoqlar vasitəsilə çatdırılması oxucunu yormur. Kitab haqqında çox şey yazmaq olar. Sadəcə oxuyun deyirəm..
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
·
81 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.