Gönderi

Pənbeyi-daği-cünun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm kəfənim. Canı canan diləmiş, verməmək olmaz, ey dil! Nə niza’ eyləyəlim, ol nə sənindir, nə mənim. Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən, Nola zənbur evinə bənzəsə beytül-həzənim. Tövqi-zənciri-cünun daireyi-dövlətdir, Nə rəva kim, məni ondan çıxara zə’fi-tənim. Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim, Bir hübabəm ki, həvadən doludur pirəhənim. Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən, Dəhənü qəddü rüxün qönçəvü sərvü səmənim. Edəmən tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.