Gönderi

Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan, Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
··
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.