Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sənsiz
Dünyanı ləl edib versələr mənə Aldanıb eynimə almaram sənsiz. Cahan mülküm ola, aləm xəzinəm, Yadıma zər-ziba salmaram sənsiz, Ürəyi pak olan həyalı mələk, Nə fitnə bilmədin, nə hiylə, kələk... Gəl ayrı düşməyək bir gündə ölək, Əcəl vaxtsız gəlsə ölmərəm sənsiz. Payız gecəsində şöləli ülkər, Lalə yanağında xalına bənzər. Qailəm yanında olam qul, nökər, Nə sultan, nə də şah olmaram sənsiz. Sənlə el işinə qarışıb əlim, Zəhmət bəhrəsidir xeyir əməlim, Ömrümün yoldaşı, axır-əzəlim, Ağlamaram sənsiz, gülmərəm sənsiz. Olsa cənnət evi mənzil otağım, Hüsnünə baxmasam yanmaz çırağım, Hər yerdə səninlə gəlsin sorağım, Behiştə getmərəm, gəlmərəm sənsiz. Şəmşiri yetirdin sən halal paya, Ləkəsiz yaşayıb çıxdın ortaya. Qar kimi əriyib gedərəm çaya, Dəhrdə bircə gün qalmaram sənsiz.
Sayfa 143
··
675 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.