Aşıq Şəmşir

Seçilmiş Əsərləri yazarı
Yazar
7.5/10
0 Kişi
3
Okunma
1
Beğeni
386
Görüntülenme

Hakkında

Tam adı:
Şəmşir Qurban oğlu Qocayev
Doğum:
15 Mart 1893
Ölüm:
Kəlbəcər, 10 Şubat 1980

Okurlar

1 okur beğendi.
3 okur okudu.
1 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
İÇİNDƏ
Bad əssə söndürməz, qaralıb keçməz, Yağ olsa əzəldən çıraq içində. Səxalı mərd daldalamaz çörəyin, Göz açıb böyümüş qonaq içində. Yoxsul olan qalıb dərd ilə, qəmdə, Bir dada yetişən ola bu dəmdə. Kimi can çürüdür qurumlu damda, Kimi dövran sürür otaq içində. Birinə zülm olur, birinə barat, Birisi zülümdə, birisi azad. Biri atlas geyib gəzər qəlbi şad, Biri ölər köhnə yamaq içində. Qəza-qədərinə insan neyləsin? Tutulmaz sözünü kimi var, desin? Birisi tapammaz - yavan cad yesin, Birisi bal əmir qaymaq içində. Şəmşir, ad ucaldan səxavət olar, Yoxsulluq, ayrılıq qiyamət olar, Bu şeylər insana düz adət olar: Göz görə, söz qala qulaq içində.
Sayfa 72
Koşma
Sənsiz
Dünyanı ləl edib versələr mənə Aldanıb eynimə almaram sənsiz. Cahan mülküm ola, aləm xəzinəm, Yadıma zər-ziba salmaram sənsiz, Ürəyi pak olan həyalı mələk, Nə fitnə bilmədin, nə hiylə, kələk... Gəl ayrı düşməyək bir gündə ölək, Əcəl vaxtsız gəlsə ölmərəm sənsiz. Payız gecəsində şöləli ülkər, Lalə yanağında xalına bənzər. Qailəm yanında olam qul, nökər, Nə sultan, nə də şah olmaram sənsiz. Sənlə el işinə qarışıb əlim, Zəhmət bəhrəsidir xeyir əməlim, Ömrümün yoldaşı, axır-əzəlim, Ağlamaram sənsiz, gülmərəm sənsiz. Olsa cənnət evi mənzil otağım, Hüsnünə baxmasam yanmaz çırağım, Hər yerdə səninlə gəlsin sorağım, Behiştə getmərəm, gəlmərəm sənsiz. Şəmşiri yetirdin sən halal paya, Ləkəsiz yaşayıb çıxdın ortaya. Qar kimi əriyib gedərəm çaya, Dəhrdə bircə gün qalmaram sənsiz.
Sayfa 143
Koşma
Reklam
Reklam