Gönderi

332 syf.
·
Not rated
Elxan Elatlı "Uğursuz gecə"
Sonda sizə sual səsləndirmişəm)Hər kəsə salam. Ümid edirəm ki, yaxşısınız Uzun zaman sonra dəyişiklik edərək yolumu Elxan Elatlıdan saldım. Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Atası sevimli qızına görə dünyanın o başına da getməyə hazırdır. Qardaşları da yeganə bacılarını dünyalarca sevir... Amma bütün bunlar yalnız üzdə görünənlərdir. Bir gün bu zahiri təmtəraq Nihalın gözündə qara qəpiklik olmayacaq. Bu ərköyün ərli qadın evli kişiyə aşiq olandan sonra hər şey ildırım sürətilə dəyişəcək. Atasının dostunun oğlu olan Cahid onun yuxusunu ərşə çəkib həyatını alt-üst edəcək. Ərinin Nihala ən yaxın rəfiqəsi ilə xəyanət etməsi isə sevgidən doymayan bu cılğın qadının əl-qolunu tamam-kamal açacaq... Qəfildən sosial şəbəkələrin ulduzuna çevrilən Nihal haradan biləydi ki, bu sərbəstliyi ona həyatı bahasına başa gələcək?! Polis zabiti olan sevgilisi Cahidin məsləhətlərinə məhəl qoymayan Nihal qısqanc ərini şübhəyə salır. Bir müddətdən sonra Nihal atasının bağ evində ölü tapılır. Keçmiş polis zabiti olan atası Nihalın ailəsindəki dava-dalaşdan xəbərdardır. O, qızının ölümündə kürəkənindən şübhələnir. Amma gənc qadının sirli ölümündə zavallı ərinin barmağı yoxdur. Həmin gün evdə olsa da.. İki ayrı ailə, iki evli insan, iki həyat.... Əsəri oxuyarkən həyəcanlı səhnələr var idi)) Hətta kitabı kənara atıb, bir müddət sonra gəlib oxumağa davam edirdim.. Bu arada bu kitabı 2 günə bitirdim.. Qadınlar siz kişilərin düşündüklərindən belə təhlükəlidir)) Hətta bu qadınlar sevən və qayğı istəyən bir qadındırsa o başqa məsələ... Sizcə, qadınlar sizdən nə istəyir, nə gözləyir? Evli olan bir insan təkrar aşiq ola bilərmi??
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
·
174 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.