Gönderi

424 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 18 hours
Kitab incələməsi :)
Əvvələ hər kəsə salamlar. Ümid edirəm ki yaxşısınız. Bu kitabı əslində uzun zaman oxuyurdum. Lakin bəzi səbəblərə görə bu qədər uzun çəkdi. Kitab haqqında danışsaq belə baxanda başlağıcı çoox xoş başlayır. Ortaları insanın oxumağa həvəsi qalmır öz adıma danışım . Ancaq sonralarına gəldiyimiz zaman çoox maraqlı hala gəlir. Burda sevdiyim obraz Rəsulov və ən əsası Adilə oldu. Adilədə sanki özümü tapdım. Çünki Adilədə işinini sevir canla başla çalışır. Mən də sevdiyim iş olduğum zaman canla başla çalışıram. Bu kitab haqqında müsbət fikirlərin idi. Mənfi tərəflərdən danışsaq yazım xətaları var idi adamın gözünə girirdi. Bilmirəm ya nəşriyyatda problem var ya da ki nəzərə almaq lazımdı ki yazarımız Sovet dövründə olub yazıb yaradıb. Məzmun olaraq maraqlı idi. Adı ilə məzmun uyğundu belə baxanda lakin yalnız sonda ki cinayətlə uyğun olduğunu mən hiss etdim . Burdakı mənfi obrazları sənətkar yaxşı yazıb bunlara Yədulla, Rantik,Klara, Həlimə kimi obrazları nümunə göstərmək olar. Yəni bu kitabı oxumaq istəsəniz oxuya bilərsiz . Əsla vaxt itkisi deyil. Məsləhət görə bilərəm. Oxuması sizə qalıb canlar :)
Cəmşid Əmirov
Cəmşid Əmirov
Sarsıntı
Sarsıntı
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201679 okunma
·
52 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.