Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

152 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Quidquid tentabat dicere ver sus erat.
Kitab edam cəzasının geniş vüsət aldığı bir dövrdə 19-cu əsrdə yazılıb.Adından da məlum olduğu kimi məhkumun edam olunmamışdan əvvəl keçirdiyi hisslər,düşüncələr,yaşadıqları haqqındadır.Kitabı oxuduqca insan sanki,özünü məhkumun yerində hiss edir,onun düşüncələrini özündə yaşayır,sabah öləcəyini bilən insan nə edər?sualını məhkumun dilindən oxuyur.Öləcəyinin saatını belə bilən insanın ölümümün son dəqiqələrində keçirdiyi hisslər o qədər müfəssəl təsvir olunub ki,təsirlənməmək əldə deyil.Görəsən cəzanı tətbiq edən və izləməyə gələn insanlar özlərini o məhkumun və ya ailə üzvlərinin yerinə qoyub,onun pəncərəsindən baxıblarmı heç? İnsan nə qədər çarəsiz vəziyyətə düşsə də,yenə bir ümid umur, ”İnsan saçının teliyle bir zinciri bile kırabileceğine inanıyor”. Hər kəsin,xüsusən də,hüquqşünasların oxumalı olduğu bir kitabdır.
Bir İdam Mahkumunun Son Günü
Bir İdam Mahkumunun Son GünüVictor Hugo · Fark Yayınları · 2019120,2bin okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.