Gönderi

z
Niyə mən bir hədəfə çatmaq üçün, başqa sözlə nədəsə uğurlu olmaq uğrunda çabalayım ? Özü də əgər mən hədəfə çatarkən alacağım həzzi sosial şəbəkələrin dopomin bolluğundan ala bilirəmsə, lap özü də çox yaxın müddətdə. Niyə mən oturub kitab oxumalıyam, instagramda "silly cat" videolarına baxmaq varkən ? Dopomin, dopomin, dopomin. Yuxarıda yazdıqlarım mənə yox, beyinlərimizə aiddir hansı ki dopomin adlı "tanrıya" sitayiş eliyir. ( Elətdirilir və ya elətdiririk ) Fabrikdən çıxma birəbir eyni olan robotlar kimi eyni anda eyni şeyləri düşünən ( "Oyda mən də indicə onu düşünürdüm" sözlərini inanmıram ki indikilər qədər işlədən var ), duyğusallıqla bağlarını yavaş-yavaş qoparan, ən əsası da yaşama fərqindəliyini itirmiş gənclər. Aranızdan biri də çıxıb deyəndə ki, "Mən uğurlu biznesmen olacam", "Mən bu gün Tolstoy oxuyacam", "Mən x'i eləməyə başlıyacam" qarşılaşdığı tanrısı dopomin olanların məzəmmətindən başqa nə olur ? Bugünü üçün, indiki həzzləri üçün yaşıyan bizlərin və sosial şəbəkələrin əlindən gəl də indi bir şey elə !? Bunlardan qurtulmaq artıq qeyri-mümkündür ancaq ən azından yaşadığımızın fərqinə varmalıyıq; İçdiyimiz çaydan həzz almağı, yeriyərkən yeridiyimizin fərqində olmağı ən əsası da biraz insan kimi yaşamağı bacarmalıyıq. Mən də həmin robotlardanam amma fərqli olduğuna inanan robotlardan, hamı kimi..
·
113 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.