Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Və biz ayrıldıq.. Mən çox pis olmuşdum. Ayrılmağımız yox,sevginin səbəbsiz yaranıb səbəbsiz yox ola bilmə xüsusiyyəti məni yaman qorxutmuşdu. Deməli mən yenidən kiməsə vurula bilərdim və yenidən sevgimiz ölə bilərdi. Deməli kimsə məni sevə bilər və mənim heç bir günahım olmadan sevgisi sadəcə bitə bilər.Bu qorxulu idi. Bu həqiqət idi.. Bilirəm, çox adamın həyatında belə şeylər olur. Amma heç kəs düşünmür bu haqda. Hər dəfə kimisə sevir və elə bilirlər ki, bu elə onların əsl sevgisidir. Və bir neçə vaxtdan sonra eyni hadisələr təkrarlanır. Sən unutmağa başlayırsan..
·
86 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.