10 üzərindən 10
10/10
·249 syf.··
Beğendi
·
2023 10. kitabı
·
9 günde okudu
·
Okunma: 23 Temmuz 2023 06:20
İngilis yazıcısı olan Thomas More əsərində mükəmməl dövləti təsvir edir. Thomas More 14-15ci əsrdə yaşamasına və qatı dindar olmasına baxmayaraq yaratdığı Utopia olduqca yaxşıdır. Təsvir etdiyi dövlətdən — Utopiadan danışım. Burada Thomas More'un sosialist olduğu açıqca görünür. Çünki Utopia sosialist dövlətdir. Burada hamı bərabərdir. Mal ,mülk, pul kimi şeylər yoxdur. Utopia olduqca güclü və xoşbəxt dövlətdir. Ölkədə sinif ayrımı yoxdur. Bütün insanlar işləyir və iş saatları 6 saatdır. Thomas More'a görə aşağı təbəqə zorlu iş saatlarında işləyib, yuxarı təbəqənin isə bu insanların sayəsində işləməyib onlardan qat-qat pul qazanmaları böyük ədalətsizlikdir. Utopiada hamının əkinçiliyi öyənməsi və 2 il əkinçilik etməsi məcburidir. Beləliklə, kəndli və şəhərli sözləri ortadan qalxır. Bundan əlavə insanlar öz istədikləri ixtisasları seçə bilərlər. İnsanlar burada çox xoşbəxtdirlər. Utopiada əgər kimsə dövlətə qarşı gəlsə və ya cinayət işləsə onlara ölüm cəzası verilməz, kölə kimi işlədilir. Kölələrə isə pis işləri verirlər. Pis işlər sırasında heyvan kəsmək vardır. Utopialılara görə heyvan kəsmək insanı heyvanlaşdırır, insanlıqdan çıxarır. Burada kölələr qızıl, gümüşlə bağlanır, çünki Utopiada qızıla, daş-qaşa, gümüşə dəyər verilməz. Onların düşüncəsinə görə günəş, ulduzların işığın qoyub qızılın, gümüşün işığına dəyər verilməməlidir. Utopiada qadın, kişi hər zaman bərabərdir. Aşırı dindar olmasına baxmayaraq Thomas More qadın və kişini hər mövzuda bərabər görmüşdür. Bu da Thomas More'un irəli düşüncəli olduğunu göstərir. Qadının da, kişinin də xəyanətini pisləyir. Utopiada insanlar istədikləri dini seçə bilər. Və digər dinləri təhqir etmək, pisləmək böyük cinayət sayılır. Thomas More qatı Xristian olduğu üçün Utopiada Xristian dini üstünlük təşkil edilir. Amma digər dinlər heç bir şəkildə pislənmir. Thoma More'a heyif ki, öz ölkəsində ölüm cəzası verilib və öldürülüb. O hər zaman üst təbəqənin daima alt təbəqənin əməyindən istifadə edib, onları kölə kimi işlətməsini istəmirdi. Hər zaman savaşı pisləmişdir. Utopiada da savaş pislənir, əgər savaş açılarsa hər zaman zəka ilə, qan tökmədən əldə edilən zəfər seçilirdi. Əslində yazılacaq çox şey var. Məncə 16-20 yaşlarda mütləq oxunuıması vacib olan kitablardandır. Sadəcə kitabı oxumaqlar qalmayıb, Thomas Morun da həyatını oxumalıyıq. Thomas More kimi insanlar günümüzdə çoxluq təşkil etməlidir.
UtopiaThomas More · Türkiye İş Bankası Kültür Yayınları · 202024,7bin okunma
·
51 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.