Puan vermedi·220 syf.··
2023 19. kitabı
·
5 günde okudu
·
Okunma: 26 Temmuz 2023 00:00
Sonsuz... Bir söz hər şeyi ağuşuna alıb həyatları məhv edəcək qədər, insanları bir- birindən ayıracaq qədər uzundur. Əsər olduqca maraqlı və axıcıdır. Romanın duyğulara xitab etməsi əsəri daha oxunaqlı qılır. Yaradanın biz canlılara bəxş etdiyi ən gözəl duyğu məncə, sevməkdir. Bir insan insanı, digər canlıları, bir gülü, bir torpağı, balaca bir uşağın ağ vərəqə çəkdiyi rəsmi qısaca qəlbinə yol tapan hər bir şeyi sevmək iqtidarına malikdir. Vəə belə gözəl duyğunu ancaq nəfsimizə yenilərək xəyanət edərək məhv edə bilərik. Əsərdə də bu açıqca göstərilib. Sahib nə qədər Kristinanı sevsə belə, o da nəfsinə uyur. Tam da o andan sonra çıxılmaz bir labirentin içinə düşür. Öz sevdiyi qadından və övladlarından sonsuza qədər ayrı düşür. İnsanların sevdiklərindən ayrı düşməsi düşüncəsi belə narahat edici bir hissdir. Təəssüfki bu hissi bütün iliklərinə qədər hiss edən əsərdəki Sahib obrazı olmuşdur. Bununla belə bir daha anlamış olduq ki, Xəyanət nəfsin bir oyunudur. Ona aludə olan əsla xoşbəxtlik tapa bilməz. Həm keçmişini həm də gələcəyini itirir. Əsərdə başqa diqqətimi çəkən məqam isə yazıçının öz fikirlərini də qeyd etməsi idi. Hər cümləsi fərqli hisslərə qapılmağa, öz duyğularımızı, həyatımızı yenidən kontrol etməyimizə imkan yaradır.
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
··
164 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.