Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

244 syf.
8/10 puan verdi
·
21 günde okudu
Nihilist üçün inkar etmək ağır bir yükdür!
Bu kitabı oxuduğum üçün şad olduğumu bildirmək istəyirəm. Amma qəribə bir hal var ki, haradan necə başlayacağımı özüm də bilmirəm. Spoilər vermək kimi fikrimdə yoxdur. Sadəcə lakonik bir fikir bildirəcəyəm. Bazarov, səni nə qınamağa, nə də sevməyə müvəffəqəm. Amma bunu ikimizdə bilirik ki, seçdiyin yol sonunda sənin çiyinlərinə də ağır gəldi. Gəl razılaşaq sən sevməyi bacarırdın, bədii ədəbiyyata da inanırdın, hətta sevməyi hamımızdan daha çox sən bacarırdın. Sadəcə bir az azad, kəmhövsələ, asılı olmağı sevməyən biri idin. Amma əsla nihilist deyildin. Doğru deyirsən biz faydalı olanla gözəl olan arasında daima mübarizə aparırıq. Hə... bir də sənin kimi imkansız olana vurulur daha sonra isə qaçmağı seçirik. Nə edə bilərik ki, bu qəlb sözümüzə baxmırsa?! Nə edə bilərik ki, düşüncələrimizi qəlbimiz üzərində hakim edə bilmiriksə?! Deyəsən səni digər obrazlardan bir az çox sevdim, Bazarov. Amma niyə sevdiyimi özüm də bilmirəm... Bir də sən dediyin kimi unutmaq insan oğlunun bacara bildiyi və daha sonra isə bir sıra bəhanələrlə üzərini örtməyə çalışdığı ən böyük axmaqlıqdır. Biz də unuduruq, sən də unutdun. Məsələn, mən bu yazdığım yazını da son nöqtəni qoyduqdan altı dəqiqə sonra unutmağa başlayacağam. Xoş mütaliələr!
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,8bin okunma
·
180 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.