Qulağında 4 deşik var? Nə əcəb icazə veriblər? Özün bilərsəne, amma yaxşı baxmırlar... Ətəyin nə yaman qısadı? Mayka ilə çölə çıxırsan? O qədər makyaj nəyə lazımdı ki? Dostluğunda oğlanlar var? Oğlanlarla niyə belə səmimisən? Hər gün həyətə düşürsən? Axşam saat 10-da gəlirsən evə? Öz şəkillərini niyə paylaşırsan? Nə çox sosial şəbəkədən istifadə edirsən? Küçənin ortasında qəhqəhə atrsan? Nə qədər kobudsan? Niyə belə sərt cavab verirsən? Küçədə mahnıya qulaq asırsan? Yolda nauşnik taxırsan? Yemək bişirə bilmirsən? İş görməyi sevmirsən? İş görə bilməyən, yemək bişirə bilməyən qızı kim neyləsin ki? Qohumlar nə deyər? Qonşular görər... Ətrafdakılar pis baxacaq... Camaatdan ayıbdı. Bəlkə biri sənə göz qoyur... Bəlkə biri səni lənət oğluna "almaq" istəyir. Qız uşağısan sən. Ölməlisən. Öl də. Niyə yaşıyırsan? Öl! Öl ki, camaat dincəlsin. Bu qədər iyrənc düşüncədən bezib intihar edən həmcinslərimin sayı olduqca çoxdur. Özlərini öldürdükdən sonra belə bu camaat susmur və yenə deyir - "Allah bil nə zibili var idi ki özün öldürdü"... Həqiqətən də bu cəmiyyətdə QADIN olmaq çox çətindir...