Adının haqqını verən kitab
10/10
·250 syf.··
Beğendi
·
2023 1. kitabı
Başlığa "Adının haqqını verən kitab" yazmağım əbəs yerə deyil. Kitab sanki oxucunu doğurdan da bir qarmaqarışıqlığın içinə atır. Kitabın bu platformaya əlavə edilməsini, oyatdığı hisslər, aşılamağa çalışdığı fikirlər, duyğular, cəmiyyətimizin acı reallıqları kimi bir sıra düşüncələri sizinlə də paylaşmaq üçün uzun müddət idi ki gözləyirdim və nəhayət beynimdəki *qarmaqarışıq düşüncələrimi sizinlə də bölüşə biləcəm. Güvən, dostluq, təhsil sistemi və bizim adiləşdirdiyimiz, amma insanı dəhşətə gətirən toplum. Yazarımız öz kitabında bu kimi günümüzün ən güncəl, ən aktual məsələlərinə də yer verir. Və bu mövzulardan danışılan kitablara daha çox ehtiyacımız olduğunu düşünürəm. Təbii ki bir dərs çıxarılacağı halda ehtiyacımız var. Səbəbini bilmirəm, amma məndə gənc yazarlara qarşı antisimpatiya demiyək, amma buna bənzər bir hiss vardı. Sanki sadəcə kitab yazmaq üçün kitab yazırmışlar kimi gəlirdi mənə, ancaq bu səddi yıxan ilk öncə Asəf Hüseynov oldu)) Təbii ki Nəimi bəyin də bunda böyük və danılmaz rolu oldu) Fikrimcə gənc yazarlar daha çox realist olurlar, daha çox günümüzün qlobal mövzularına xitab edən əsərlər yazırlar. Düzünü desəm ilk başlarda süjet xətti çox sıradan gəlmişdi mənə və bunun da səbəbi ilk başlarda dediyim kimi gənc yazarlara qarşı olan önyargım olduğunu düşünürəm. Hər bölüm, hər fəsil oxucuda daha da maraq oyadır. Nəimi bəy tənqidə açıq olduğunu, incələməmdə tənqidə də yer verə biləcəyimi demişdir, lakin ümumi qiymətlədirməyə qalsa tənqid olunacaq bi şey yoxdu. Yəni ən azından mən olmadığını düşünürəm. Tək problem kitabın yarımçıq olmağıdır, əslində yarımçıq demək də düzgün olmaz, bunu o halda deyə bilərik ki üzərindən illər illər keçsin və hələdə 2. kitab biz oxuculara təqdim edilməsin. Ümid edirəm ki çoxda gecikməz. Kitabın süjet xəttini bəyəndim, yazar hissləri, fikirləri yoğun bir şəkildə ifadə edib. Hətta qısa müddətdə tanıdığımız (yeni oxuyanlar üçün spoiler olmasın deyə adını demiyim) obrazın ölüm səhnəsində ağlamışdım. Zatən kitabdakı yeganə məsum obraz o idi. Bu qədər günahkar insan içində onun yeri yox idi :(( Hər dialoqdan, hər obrazın düşüncələrindən sonra yazarın öz fikirlərini bildirməsi, kitabı daha gözəlləşdirib. Kitabda mənfi yox, amma nə qədər sevilməyəcək obrazı olsada xarakterini ən çox bəyəndiyim obraz Murad oldu. İnşAllah ki yazar bizi çox gözlətmədən 2. kitabıda paylaşar. Fikirlərimin *qarmaqarışıq olduğu üçün özümü, kitab haqqında olan düşüncələrimi tam ifadə edə bilmədim)) Ümid edirəm qısa bir müddət ərzində 2. kiatbın incələməsini daha aydın şəkildə yazaram. Uğurlar! Nəimi
Genç yazar
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
··
296 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Asəf bəyə də fikirləriniz çatdırıldı) Bu gün çox gözəl başladı və belə də davam edir. Buna səbəb yazılan gözəl, dəyərli incələmələrdir. Fikirləriniz üçün minnətdaram, çox sağolun vaxtınızı ayırıb incələmə yazmağa layiq görmüsünüz kitabı. Sağ olun.
Ismayılzade
Gönderi Sahibi
Mən təşəkkür edirəm. Sizin adınıza gününüzün gözəl keçməyinə sevindim. Kaş ki fikirlərimi daha aydın ifadə edə bilsəydim (( Zatən azdan çoxdan kitab haqqında düşüncələrimi bilirsiniz. Uğurlar!