Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

408 syf.
·
Puan vermedi
Uzun zamandır oxuyub bitirdiyim və hələdə haqqında incələmə yazmadığım kitablardan biri olan Ben Kirke. İlk öncə söyləməliyəm ki, kitabı oxuyarkən bir az sıxıldım buna görədə çox gec bitirdim yəni , tam axıcı deyildi. Ancaq , bu kitabın pis olduğunu göstərmir ,əlbəttə ,oxuduğumuz hər bir kitabın həm mənfi həm də , müsbət cəhətləri olur. Mənim də bu kitabda gördüyüm mənfi cəhət bir az daha az axıcı olması idi. Müsbət cəhətlər isə , çoxdur. İlk öncə Yunan mifologiyasın öyrənmək istəyirsinizsə bu kitab tam uyğundur. Yəni , elmi kitab deyil , amma kitabda kı , qəhrəmanlar yunan mifologiyasında da adı keçən tanrılardır . Oxuduqca , əksəriyyətini internetdə də araşdırmışdım və doğrudan da Yunan mifologiyasında belə adlar olub . Bunlar Zeus , Athena , Hermes , və. s idilər . Ancaq , kitabın baş qəhrəmanı bir tanrının qızı olan Kirke - dir. Elə kitab Kirkenin öz dilindən oxuculara təqdim olunur. Kirke həyata gözünü açdığı ilk gündən ailəsi və ətrafındakı insanlar tərəfindən kənara itirilir. Anası digər bacı və qardaşlarına göstərdiyi qayğı və diqqəti Kirkeye göstərmir və belə desək, sevgisiz böyüyür. Ailəsinin Kirkeye qarşı olan davranışları ətrafında kı digər insanların da ona eyni davranışları göstərməsinə səbəb olur. Elə buradan da görmək olur ki, hər şey ailədən asılıdır. Bəlkə də ailəsi Kirkeye belə davranmasa və doğru qayğı göstərsə qaradaş və bacıları arasında fərq qoymasa idi cəmiyyətdə də eyni davranışlara məruz qalmazdı Kirke. Lakin , Kirke hələ də öz içindəki gücün fərqində deyil. Bir gün , günahsız yerə bir adaya məhbus edilir. Burada , onu incidən heç kim olmur bu ada da , yalnız təbiət və özü olur . Ailəsi və tanrılar bunu onun üçün cəza kimi görürlər lakin , bu ada onun içində ki , gücü kəşf etməsinə səbəb olur. Artıq , Kirke tamamilə dəyişməyə başlayır artıq o , zəif Kirke deyil , çox güclü cadı olur. Hətta , zaman - zaman bacı və qardaşlarının da onun köməyinə ehtiyacı olur. Cadı dedik də , beynimiz də mənfi termin kimi canlanır, lakin, Kirke yaşadığı uzun müddət boyunca bir çox insan və tanrıların köməyinə çatır. Xülasə, kitab Kirkenin dilindən və yaşadığı maceralar dan bəhs edir.
Ben, Kirke
Ben, KirkeMadeline Miller · İthaki Yayınları · 202133,9bin okunma
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.