Gönderi

224 syf.
8/10 puan verdi
·
Read in 24 hours
“Dəli Kür” əsərini oxuduqdan sonra anlamışdım ki, Azərbaycan klassiklərinə daha çox şans verməliyəm. Bir neçə araşdırmadan sonra qabağıma “Söyüdlü Arx” çıxmışdı. Oxuduğum üçün heç peşman deyiləm. Kitab çox axıcıdır. Dili sadədir. Lakin çox təsirli kitabdır. Nuriyyənin hisslərini, düşüncələrini çox aydın başa düşmək olar. İlyas Əfəndiyev obrazı çox gözəl yaşadır. Nuriyyə obrazı sevdiyim obrazlardan biri oldu. Onun yerinə özümü qoydum. Mən bu qədər cəsarətli ola bilərdim? deyə çox düşündüm. Yəqin ki, yox, ola bilməzdim. Kitabda altını xəttlədiyim, dəfələrlə oxuyacağım bir çox hissə var. Ümumi olaraq kitabı oxumaq istəyən varsa heç tərəddüd etməsin. Xoş mütaliələr..
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020784 okunma
·
93 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.